"Kediciklər" hərəminin sahibi Adnan Oktar kimdir?


Digərləri 12 İyl 2018 21:04:00 311 0

"Kediciklər" hərəminin sahibi Adnan Oktar kimdir?

Maliyyə cinayətləri şöbəsinə aid olan polislər tərəfindən İstanbulun Çəngəlköy ərazisindəki evində həbs edilən və əleyhinə 32 müxtəlif ittiham irəli sürülən Adnan Oktar son 25 ildə adı fərqli istintaqlarda, ittihamlarda və açıqlamalarda gündəmə gəlmiş bir insandır.

Son illərdə xüsusilə "kediciklər" olaraq bilinən quruluş içində "qadın bacılar" adlandırılan insanlarla apardığı televiziya proqramları ilə tanınırdı.

Etdiyi çıxışlarda "İslami yaradılış" adını verdiyi nəzəriyyəni müdafiə edən və Darvinin təkamül nəzəriyyəsini rədd etdiyini irəli sürən Oktar haqqında 1999-cu ildə də bu günkü kimi təşkilat ittihamı ilə cinayət işi açılmışdı.

1956-cı ildə Ankarada doğulan Oktar 1979-cu ildə Memar Sinan Gözəl Sənətlər Akademiyasına daxil olduqdan sonra öz ifadəsinə görə "Adnan Hoca Qrupu" qurluşunu da burada yaratmağa başlayıb:

"1979-80-ci illərdə Adnan Hoca Qrupu olaraq tanınan təşkilatı təkbaşına yaratmağa başladım. O zamanda Yasin Gürlek və daha 2-3 nəfər mənim yanımda idi. Daha sonra Akademiya tələbələri arasından 20-25 nəfərlik bir qrup yaratdım. Gürlek hələ də mənim şagirdimdir, amma təşkilat daxilində heç bir vəzifəsi yoxdur".

Said-i Nursi təlimləri ilə hərəkət etdiyini söyləyib

Oktar "Harun Yahya" adlı internet saytında Memar Sinan illəri ilə bağlı bunları danışır:

"Gözəl Sənətlər Akademiyası. Fındıklı. Oranı gözüm tutub, ora çox yaxşıdı. Həm marksistlərin çox olduğu bir yerdir, yəni tamamilə onların hakimiyəti altında idi. Ustad Saidi-i Nursi həzrətləri də sənət, bacarıq və ittifaqla ateizmə qarşı mübarizə aparacağımızı deyir. Mən də o zaman tam yerinə gedirəm dedim".

"Üçüncü olaraq qalib gəldim. Məktəb mənim üçün çox uyğun idi. Seminar çalışması vardı, davamlılıq məcburiyyəti yəni o qədər nəzərə alınmıdı. Məktəb səhərdən axşama qədərdi. Seminar da açıq idi, yəni inanılmaz asan fəaliyyət göstərdim Allaha şükür.

Darvinizmlə bağlı kitablar payladım. Təbliğat apardım, danışdım. Məktəb tamamilə razı qaldıqdan sonra, yəni bu qənaətə gəldikdən sonra dedim ki, İstanbul Universitetinin fəlsəfə fakültəsinə daxil olum. Universitet imtahanlarında iştirak etdim.

Bura da mənim ilk seçimim idi və ora da daxil oldum. Burada da fəaliyyətlərimə başladım və davam etdim. Amma sonra gördüm ki fərd-fərd başa salmaqdansa kitab olaraq başa salmaq daha təsirli olacaq, daha geniş kütlələrə istiqamətlənəcək. Bundan sonra kitab yazmağa qərar verdim".

Adnan Oktar (sağda), Nəqşibəndi təriqətinin 2014-cü ildə vəfat edən lideri Şeyx Nazim Kıbrısi (ortada) ilə birlikdə.

1987-ci ildə Harun Yahya qondarma adıyla "Yəhudilik-Massonluq" adlı kitab yazan Oktar öz ifadələrinə görə, bu kitab ucbatından həbs olundu və 9 ay həbsxanada qaldı.