Əməkdar artist: "Qayınanamla rəfiqəyəm, hətta məni ailədə müdafiə də edir" FOTO


Kriminal 12 İyl 2018 21:05:00 300 0

Əməkdar artist: "Qayınanamla rəfiqəyəm, hətta məni ailədə müdafiə də edir"  FOTO

Əməkdar artist Dilarə Əliyevanın Son.az-a müsahibəsi.

- Dilarə xanım, son illər çəkilən filmlərin baxımlı olmasının səbəbi orada çəkilən tanınmış simalardır, yoxsa ssenarinin zənginliyi?

- Tamaşaçı sevilən simaya bədii əsərdə baxmağı daha çox xoşlayır. Bundan əlavə ssenari də özünü doğrultmalıdır. Amma bəzən sevilən simalar ssenari zəifliyindən tamaşaçısını itirə də bilir. Hər halda düşünürəm ki, hekayə maraqlıdırsa, aktyor onu yaxşı təqdim edə bilirsə, nə xoş tamaşaçının halına, nə xoş bizim halımıza.

- Sənətdə hansı qadağalarla üzləşmisiniz?

- Mən universitetdə teatr rejissorluğu fakültəsini bitirmişəm. Düşünürdüm ki, evdəkilər mənim birbaşa aktrisa olmağımı istəmirlər. 1-ci kursda oxuyanda rejissor Elçin Musaoğlu məni gördü, "Leyli və Məcnun" filmində Leyli obrazına dəvət etdi. Nədənsə hamı məni səhnədə görmək istəyirdi. İlk təklifdə mən bundan imtina etdim. Obrazdan imtina etdiyimi atama deyəndə o, mənə dedi ki, hər bir aktrisanın arzuladığı obrazdan necə imtina edə bilərsən? Kor-peşman oldum (gülür). Bundan sonra düşündüm ki, evdəkilər mənim aktrisa olmağıma qarşı deyillər.

- Uşaqlığınız necə keçib? Nələri xatırlayırsınız?

- Ailədə 4 uşaq olmuşuq, çox ciddi qanunlar altında böyümüşük. Anam bizə qarşı çox ciddi idi. Mən azadlığı sevən insanam, bəzən üsyanlar qaldırırdım. Rəfiqəmə həsəd aparırdım ki, heç onun anası işlərinə müdaxilə etmir (gülür). Atamı daha çox sevirdim, çünki mənimlə heç bir işi yox idi. Ailə həyatı qurandan sonra anamın münasibəti mənə qarşı çox dəyişdi. Mən çox erkən, 18 yaşımda ailə həyatı qurmuşam.

- Niyə belə erkən ailə həyatı qurdunuz?

- Mən Oqtayla tanış olanda onun diqqəti, sənətimə olan hörməti məni özünə o qədər cəlb etdi ki, ona inandım. Nəinki inandım, güvəndim, sevdim. Mən başa düşdüm ki, belə daha rahat yaşayacağam. Oqtay mənə həm sənətdə, həm də ailədə çox böyük dəstəkdir. O, mənim bu dünyada yeganə güvənə bildiyim insandır.  Bu cür xarakterdə insan hər bir qadının arzusu ola bilər.

- Ola bilməz ki, Oqtay bəy sizi qısqanmasın?

- Ola bilsin ki, qısqanır, o, bunu da mənə açıq-aşkar göstərmir. Oqtayın məni qısqanması üçün şərait yaratmıram. Çünki biz, demək olar ki, 24 saat bir-birimizin yanındayıq. Əgər bizim nədənsə narazılığımız, fikir ayrılığımız düşürsə, bu da işlə bağlı olur.

- Dilarə xanım, əksər filmləriniz komik janrdadır. Təkcə "Cavid ömrü" filmindən başqa. Bildiyimə görə, Müşkünaz xanım roluna sizdən savayı digər aktrisalar da dəvət olunub. Niyə məhz rejissor sizin üzərinizdə dayandı?


Xəbərə aid fotolar