Vüsalə 4 ildən sonra: "Bundan da yaxşısına layiqəm"


Şou-biznes 12 İyl 2018 20:35:00 104 0

Vüsalə 4 ildən sonra: "Bundan da yaxşısına layiqəm"

Onunla tanışlığımız illərə dayanır. Çox tez-tez görüşməsək də, hərdən məclislərdə rastlaşırıq və uzun bir söhbətə dalırıq. Vüsalə Əlizadə uzun müddətdir müsahibə vermir, hər dəfə söhbətimiz uzananda çalışıram müsahibə üçün saqqızını oğurlayım. Nəhayət, 4 ildən sonra müsahibəmiz alındı. Bunu isə onun ad günü günü etmək qərarına gəldik. Bu günə kimi heç bir müsahibimlə 5 saat söhbət etməmişdim. Saat 13:00-da görüşdük. Saat 18:15-dir... Amma biz hələ də söhbət edirik... Təəssüf ki, bütün söhbəti bu yazıya sığdıra bilmərəm. 

Son.az axşam.az-a istinadən, Vüsalə Əlizadə ilə müsahibəni təqdim edir: - Son günlərdə Astanadan tez-tez paylaşımlar edirsiz. Səfərin məqsədi nə idi? - Türkdilli xalqların festivalı keçirilirdi. Bütün türkdilli xalqların bir-biri ilə çox bənzərliyi var. Bu festival da həmin xalqların adət-ənənəsini nümayiş etdirir. Bəzi belə xalqlar var ki, onlara türk dilində danışmaq icazəsi verilmir. Onlar da babalardan qalan mirası daşımaq üçün belə bir festival edir. 11 ildir keçirilir. Amma ilk dəfədir xarici ölkədən aparıcı dəvət olunurdu. Müğənni Roza Zərgərli mənə zəng vurdu ki, bizdən aparıcı istəyirlər, olsa gedərsən? Mən də razılaşdım. Bir neçə aparıcının fotosu göndərilib və məni seçdilər ki, əsl türk görüntüsü var. Sonra da səsimi eşitmək istədilər. Beləcə, seçildim. Qonorarım ödənildi, bütün xərclərim də onlar tərəfindən qarşılandı. İyulun 2-də gedib 6-da qayıtdıq. Din ayrılığını sevmirəm. Amma hardasa şərq ruhluyam. Ona görə də mənə çox doğma gəldi. Çox gözəl təşkil olunmuşdu. Hər ölkə öz milli folklorundan nümunələr təqdim edirdi. Bakıdan əməkdar artist Kamran və tar ifaçımız Sahib getmişdi. Avropa ölkələrindən jurnalistlər gəlmişdi. İlk gün mən də öz milli geyimimizlə səhnəyə çıxdım. Modelyer Gülnarə Xəlilovanın kolleksiyasından milli libas götürdüm. Hər ölkənin təmsilçisi öz milli geyimində qatılmışdı. Amma bizi görəndə deyirdilər ki, siz necə gözəlsiz, geyim, şarm bir-birini tamamlayır. Azərbaycan qadınları başqa cürdür. Makiyaj etməsək belə üzümüzdə özümüzəməxsus cizgilərimiz var. Musiqiçilərimiz də gözəl qarşılandı.

"ÇOXLARI DEYİR Kİ, YEKƏXANADIR" - Uzun müddətdir müsahibə vermirsiz. Vüsaləni nə və ya kim küsdürüb? - Danışmırdım, çoxları da deyirdi ki, özünü yekəxana aparır. Əslində səbəbi bilirsən... Yeri gələndə sənə də incidiyim halları deyirəm. Səninlə can-qəlb olan, təqdimatına baxan, gündəmə gələnlər başqa cür davranırlar. Bu, adama zərbədir. Pis olursan ki, səni mən bu yerə gətirmişəm, hərdən arxana bax. Heç bir sözə görə kimisə 30-cu illərdəki kimi sürgün etmirlər. Amma təhqirə keçmək lazım deyil. İndi jurnalistlərin əksəriyyəti öz mənfəətini güdür. İki-üç jurnalist var ki, onlarla qabaq-qabağa oturub danışıram. Adam var ki, haqqımda yazır, amma bilmir nə vaxt çalışmışam. Bu yaxınlarda bir material oxudum ki, yazıblar Vüsalə 2013-cü ildə "Lider"də çalışıb, sonra ATV-yə gəlib. 16 ildir peşəkar səhnədəyəm.  "İLKİN HƏSƏNLİYƏ GÖRƏ VERİLİŞDƏN İMTİNA ETDİM" İndiki aparıcıların keçmədiyi bir məktəb keçmişəm. 7 yaşımdan Dövlət Televiziyasında çalışmışam. Oktay Ağayev, Mirzə Babayev kimi sənətkarları görüb, təqdim etmişəm. O vaxtlar dahi sənətkarlar uşaq verilişlərinə gəlib, bayramlarda təbrik edirdilər. İndikilər özünü dartır. Dövlət Televiziyası böyük məktəbdir. Bəziləri bəyənməsə də, çərçivədə hesab etsə də, bura məktəbdir. Orada kalidorda gəzən adi işıqçı belə nümunə idi. Sonra ATV-yə gəldim. Ora gələndə aparıcılar kamera ilə işləmək qaydasın bilmirdilər. Bu, böyük peşəkarlıq tələb edir. O vaxt işığı olan kamera yox idi. İndi var bunlar. Mən kamera ilə işləməyi bilirdim, hamı da soruşurdu ki, necə bacarırsan? O vaxt indi gündəmdə olan aparıcılara mən bunu öyrədirdim, duruşları deyirdim. Heç vaxt fkirdə olmadım ki, vurum, qalmaqal yaradım, kimisə studiyama nasılkada gətirsinlər, amma reytinq toplayım. Tamaşaçını ekran qarşısına kilitləyə bilirəm. Ona görə də haqqımda nəsə yazılanda çimsinirəm. Təəssüf ki, indi efirdə hörmət yox, asıb-kəsmək, bir-birinin üzünə tüpürmək, döymək qalıb. Çalışıram ki, sıradan biri olmayım. Yenilik olmasa gedib danışmayacam. Elə müğənnilər var axı... Biri var ki, mahnısı yoxdu, ya soyunur, ya kimisə söyür... ATV-də ilk dəfə maqazin verilişində müxbir kimi işlədim. Amma mənə aparıcılıq təklif etmişdilər. Dedim ki, İlkin Həsəni qrup yoldaşımdır, onun yerinə keçmərəm. Onu çıxarıb məni qoymalarını qəbul etməzdim. Hamı təəccüblənirdi ki, "ATV maqazin" kimi verilişə aparıcı getmirsən? İlkinə görə bunu edə bilməzdim və verilişdən imtina etdim. - Və sonra "Sirli Avrasiya" başladı... - Məndən əvvəl Nigar aparıcılıq edirdi. Toyu olacaqdı, gələ bilmirdi. İmtahanda olanda zəng gəldi ki, hazırlaş tez gəl, səni efirə çıxarırlar. Getdim, hazırlıqsız efirə çıxdım, amma işimin öhdəsindən gəldim. Veriliş bitəndə ağladım. Beləcə, aparıcılıq başladı. Mənim üçün tamaşaçı ilə gündə gördüyün insanlar eyni deyil.  - Bu gün də Vüsalə deyəndə "Sirli Avrasiya" yada düşür. Niyə yenidən verilişi yaratmırsınız? - İndi də sosial şəbəkədə mənim bir fotom paylaşılanda 500 şərhin 10-da "Sirli Avrasiya" yazırlar. O vaxt sosial şəbəkə yox idi, insanlar bir-birinə sevgisini heç yerdə yaza bilmirdi. Bizim efirə yazırdılar, mən onların hislərinə vasitəçi idim. Ad günlərini təbrik edirdilər. İndi inanmıram elə reytinq toplayaq. Müğənnilərlə fərqli üslubda danışırdım. Hər cümə günü efirdə müğənnilərin ad gününü etdim. Sonra başqa verilişlər başladı. Bayramda milli, son zəngdə məktəbli geyimində ilk mən efirə çıxmışam. Novruz bayramında Arif Qazıyevin yanına getdim, milli dekorlar aldım. Onu özüm tək, Samir Bayramlı ilə tək taksi ilə daşıdım. O vaxt Samir mənim müxbirim olub. İlk dəfə mən adilikdən kənara çıxıb, studiya bəzəmişəm. İndi kim deyirsə, öz işidir. Bunları efirə mən gətirmişəm. Türk, xarici ulduzlardan süjetlər edirdim, partlayırdı. Ölkəyə gələn bütün türk müğənnilər qonağım olurdu.

"TƏKBAŞINA UŞAQ BÖYÜDƏN QADINA O PUL YETƏRLİ DEYİLDİ" - Uzun fasilədən sonra "Qadına görə" verilişi ilə ATV-də efirə çıxdınız. Amma nədənsə, reytinq toplamadı... - İlk buraxılışımız çox bəyənildi. Hamı elə bilir ki, biz məşhurlar bütün günü bəzənir, gəzir, salondan çıxmır, iş görmürük. Bu fikri dəyişdirmək istədim. Onlara məşhurların evdarlığını, bəzəkli kukla olmadığını göstərmək istədim. Hər dəfə üç mövzu - mətbəx, iş otağı, araşdırma müzakirə edilirdi. Bəzi məni qane etməyən səbəblər oldu. Bir aparıcı, ana, qadın kimi maaş məni qane etmirdi. Təkbaşına uşaq saxlayan bir qadına o pul yetərli deyildi. Görürdüm ki, əziyyətim qədərində dəyərləndirilmir. Düşündüm ki, daha yaxşı, baxımlı vaxtda ola bilərdim. Əziyyətimə dəymirdi, zəhmətə çox önəm verən insanam. İndi çox asan dövrdü. Adi bir sosial şəbəkədəki paylaşımla məşhur ola bilirsən. Biz əziyyət çəkirdik, amma adımız çəkilmirdi. Aparıcı görünürdü, qiymətlənirdi.  Arzum öz prodakşınımı hazırlamaq idi. Televiziyada bəzilərinə istədiyi şərait yaradılır: ya şeytan tükləri, ya adamları var. Onlara montaja da, çəkilişə də imkan yaradılırdı. Mənə isə bir gün montaj imkanı verilirdi, onu da güclə edirdik. Prodakşın işi mənə çətin olmadı. Kanalda istədiyim şərtlər yaradılmadığı üçün "Qadına görə"ni dəyişdim və öz prodakşınımda hazırladım. Efirə getdiyi vaxtda birinci reytinq verirdi. İndi o vaxt başqa veriliş yayımlanır, 1 reytinqi yoxdu. Hər kanalın qadınlar üçün proqramı olmalıdır və bu verilişin vaxtını kişi yox, qadın təyin etməlidir. Səhər saat 6-da kim durub proqrama baxar? Bizim verilişin təkrarı o saatda yayımlanırdı. Hazırda isə yay tətilinə getdik. Sentyabra isə həyəcanla hazırlaşmıram. Başqaları kimi yeyib-içməyib, kanal qapısında yatıb, "efirsiz yaşıya bilmərəm" demirəm. Qadınam, anayam, uşağıma lazımam. Özüməgüvənən biriyəm. Bir aparıcı damarımın üstündə durub dayanmamışam. Hansı sahədə nə etsəm, uğurlu olacam.  "EFİRDƏ ELƏ OTURURLAR Kİ, OMBALARI GÖRÜNÜR" - Bir ərəfə Vüsalə Əlizadənin başqa kanalda çalışacağı xəbəri deyildi... - Təklif gəldi, amma alınmadı deyə gedə bilmədim. Başqası olsaydı, o verilişə qaça-qaça gedərdi. Başım ailəmə və öz problemlərimə qarışmışdı. Qadınlığıma və ailəmə hörmət edənəm. Hər zaman da düşünürəm ki, efirdən vaxtında getmək lazımdır... Amma mənim üçün bu hələ tezdir. İndi biz Ofeliya Sənaniyə, Nərgiz Cəlilovaya, Ceyran Rəhimovaya, Nailə İslamzadəyə baxanda həsəd aparırıq. Onlarda çox şey öyrənmişəm. Yalandan demək lazım deyil ki, sizin pərəstişkarınızam. Pərəstişkar olma, örnək götür. Dövlət kanalında heç bir aparıcı ayağını ayağının üstünə aşırıb oturmazdı, ədəbsizlik idi. İndikilər elə oturur ki, efirdə ombaları görünür, bu da prestij sayılır. Tamaşaçı sənin açıq yerinə baxmamalıdır, müsahibi dindirməyinə baxmalıdır. Özünü göstərmək üçün podium var. Yalandan Nərgiz xanımı, Ofelya xanımı görəndə qabağına qaçmaq lazım deyil ki, sizdən çox şey öyrəndim. Öyrənsən, ayağını aşırıb efirdə oturmazdın. İndi bəziləri var ki, dişi ağzında əsir, üzünü botoksla doldurub efirə çıxır. Heç kimə o günə düşməyi arzulamıram.   - Vüsalə Əlizadə hər gün efirdə, məclislərdə olmasa da, gündəmdə qalır. Səncə, sosial şəbəkənin hesabına deyil bu? - Gündəmdə qalmağa çalışmıram. Başqaları kimi can atmıram ki, təki efir olsun... İndi tamaşaçının iki hissəsi bataqlıqdadır: bayağı aparıcıları, aktyorları, mahnıları sevir, ürəyi gedir... Qınaqdan qorxanam, bayağı mahnı oxuyan da pul qazanır. O da yolunu elə tapıb. Özünü bilərəkdən gözə soxanlara nifrət edirəm. Ədəbdən danışıb ədəbsizlik edir, namusdan danışır, ora-burasın çölə qoyub, ailəsi yoxdu, uşaqdan danışır. Aparıcı var ki, "stand-up"ını beş redaktor yazır. Heç vaxt efir üçün əvvəldən mətn hazırlamamışam. Mən beyindən danışıram. Əgər ağlın, istedadın varsa, bir sosial şəbəkə ilə fenomen ola bilərsən. Sosial şəbəkədə mənə tələbat var. Əgər ölkəyə reklam gələndə siyahıda birinci Vüsalə Əlizadənin adı yazılırsa, nə xoş mənə.  "DÜŞÜNÜRDÜM Kİ, NECƏ ÇALIŞIM ÖVLADIMI SAXLAYIM" - Amma çox vaxt sizdən şikayət də eşitmişəm ki, reklam paylaşımları üçün yüksək məbləğ tələb edirsiniz... Hətta dediyiniz məbləğə endirim istəyən olanda, imtina edirsiniz... - Hər kəsin bir həyat prinsipi var. İndi on il əvvəlki maaşı versələr, çalışarsan? Mən niyə qəbul edim? İnsanlar qəbul etmir ki, birinin prestiji artırsa, sevilirsə, o, yerində durmamalıdır. Mən insanların ardınca qaçıb, onları yormuram. İnsanlar yalançı gözəllik, qalmaqal görür, dönüb mənə baxanda isə öz həyatı olan birini görür. Bəlkə də çoxlarından yaxşı yaşayıram, amma çoxlarından da yaxşı yaşamaya bilərəm. Həyatım hələ bitməyib, ona görə çalışmalıyam axı.  Milyonçu qızı olmamışam. Tək övlad böyüdürəm. Mənə vaxtında atam dəstək olub. Ona görə də indi deyirəm ki, övladınızı kiminsə həyatını puç edən hakim etməkdənsə, sevdiyi peşəyə qoyun. Kənardan deyirlərsə, Vüsalə arlı-abırlı qızdır, öz ailəsi ilə məşğuldur, nə xoş mənə. Qadın həyatı bir neçə mərhələdən ibarətdir: ata evindəki şıltaq dövr, ailə qurdun ər evi və ana olandan sonra. Kişi isə bir xətt üzrə həyatını yaşayır. Qadın alınıb, evə qoyulacaq əşya deyil. Ailə quranda isə başqa bir aləmə düşürsən. Hələ əgər tanınmışsansa, lap çətindir... Niyə indi məşhur xanımlar ailə qurmur? Çünki qorxurlar. Çox tanınırdım, sevilirdim, ən məşhur vaxtlarım idi, dövlət tədbirlərinin aparıcısı olurdum. Ölkənin üç dəfə Bahar qızı olmuşam, amma özümü reklam etməmişəm. Dedim, ailədə kişi qabaqda olmalıdır, tanınmalıdır, birincidir, ikinci planda mən olmalıyam. Evimi də saxlayırdım, işimi də qururdum. Yazırdım, plan qururdum, verirdim ki, reallaşdırın. Sonra alınmadı ailəm və ayrıldım. Oldum həm ana, həm tək qadın, həm də məşhurluğu olan biri. Düşünürdüm ki, necə edim, çalışım, övladımı saxlayım. Onda başladım işləməyə, qazanmağa. Özümü oda atdım, toylara da getdim. Amma onda belə qiyməti salıb, özümü hörmətsiz eləmədim. İndi elələri var ki, gedir ağlıyır, uşaq saxlayıram 3 manata da gedirəm, verin. Belə olmamışam. Demişəm qiymət budur, orada tökəcəyim tər, yorğunluğumu, sərf edəcəyim sağlamlığımı heç aldığım pul ödəmir.   "ATA EVİMƏ QAYITDIĞIM GÜNDƏN ÖZÜMƏ QADAĞA QOYDUM"

- Toylarda aparıcılıq da edirsiz... - İllərdi toylarda bir söz var: Süfrələrə aş gəlir, xumar gözə yaş gəlir... Nə qədər olar? Dəyişin də bunu. Ev yiyəsi adi tamadaya 50 manat versə, bunları deyəcək. Aparıcını fərqlilik üçün gətirirlər. Getdiyim yerdə hörmətimi saxlamışam. İndi arzuluyurlar ki, toyda 15 müğənni olsun, vaxtı yola verim. İl yarımdır toylara getmirəm. İnstaqramdakı paylaşımlarım da zəhmətimin bəhrəsidir. Reklamverici bilir ki, Vüsalənin paylaşımından ona nə qədər müştəri gəlir. Azərbaycanda öndəgedən 5-10 səhifələrdən biriyəm. Hətta reklamvericilər də yoxlatdırıb ki, pulla izləyici artırmamışam. 5 manat pulum olsa, aparıb uşağıma xərcləyərəm. Niyə izləyici yığmaq üçün uşağımın boğazından kəsim?

- Bilirəm istəmirsiz, amma mən yenə də sizə şəxsi həyatınla bağlı sual verəcəm. Keçmiş dəftərləri yenidən açaq. Çünki 2013-cü ildə həyat yoldaşınla ayrıldınız, amma heç vaxt səbəbi açıqlamadınız. Yaxınlarınız, sizi tanıyanlar bir az səbəbi bildi... Bəlkə 5 ildən sonra cavabsız suallara son qoyaq? - Danışmadım... Hər qadına deyirəm ki, özünə hörmət etsin. Mən özümə və evimdə böyütdüyüm qız uşağına hörmət edirəm. Sabah övladımın gələcəyi var, bağçaya, məktəbə gedəcək, ailə quracaq. Onun üçün çox narahatam, söz-söhbətlərdən uzaq olmasını istəyirəm. Ata evimə qayıtdığım gündən özümə qadağa qoydum ki, bu haqda danışmayacam. Nələr yaşandı mən və Allah bilir. Heç ailəm də qədərində bilmir. Bir də qarşı tərəf bilir ki, mənə nələr yaşatdı. Bəzi insanlar heç vaxt səhvini qəbul etmir. Mən danışmadan belə, yaşadığım şeyləri eşidənlər deyir ki, sənə halaldır: dözmüsən, uşaq dünyaya gətirmisən.  Hər ailədə problem olur, yad ailəyə düşürsən, qəbul edən də, etməyən də olur. Qadına qadın kimi dəyər verilməsi önəmlidir. İndi mənim də qardaşım ailə qurub, gəlinimizə qızım kimi davranıram. Deyirəm ki, qız anasıyam. Ərə gələn qadının üstünə düşmək, stresə, vahiməyə salmaq lazım deyil. İndi qızlar buna görə ərə getməyə qorxur. Gəlinə uyğunlaşmaq üçün şərait yaratmalısan. Çatan kimi deməməlisən ki, al süpürgəni düş həyətə.  - Sizin yaşadığınız sevginin çox şahidi olub. Elə mən də... İndi hərdən mən də deyirəm ki, elə böyük sevgi necə bitdi? - Heç kim deyə bilməz ki, Vüsalə pis gəlin olub. Mənim bacarmadığım iş yox idi. Amma olur ki, sevmirlər, ailədə səni qəbul etmirlər. O ki qaldı o sevgiyə... Gənclik illərimdəki o sevgini basdırdım. Ölümünə sevgi heç vaxt qovuşmur... Çox şeyə göz yumdum və ailə qurdum. Verdiyim qurbanlar, etdiyim risk də ortadadır. Çoxları deyir ki, uşaqdan sonra Vüsalənin sağlamlığında problem yarandı. Xeyr... ATV-də çalışanda 1 il idi ki, əməliyyat olmuşdum. Heç vaxt ailə qurmağa risk etmirdim. Qismət... Heç vaxt düşünməzdim ki, özüm kimi aparıcı ilə ailə quracam. Yaşandı, normal qadınların atacağı addımı atdım. Qorumaq üçün çalışdım, amma qarşı tərəfdən dəstək görmədim. Bir qadını qayınana, digər ailə üzvləri sevməyə bilər. Amma ər çəkib kənara desə ki, düzsən, döz, qadın o xoşbəxtliyi atmaz. Amma görməyəndə isə düşünürsən kim üçün risk etdim? Bir gün gəldi ayıldım ki, təkəm, hamı mənə tərəf top atır... "AİLƏMİ QORUMAĞA ÇALIŞDIM..." - Ayrılıq addımı da sizdən gəldi... - İlk addımı mən atdım... Dəyişiklik ola bilərdi... Uşağıma, illərimə görə geri çəkilərdim. Olmadı... - Hamı bilir ki, Vüsaləyə həkimlər ana olmağa icazə vermirdi. Ailəndə problem olduğu halda necə ölüm kağızına qol çəkib, hamilə qaldın? - Bizdə yazılmamış bir qanun var: uşaq ailəni birləşdirir. Hanı? Qıraqdan gələn təpkilər var ha... Otururlar başlayırlar: qısırdı, uşağı olmayacaq, oğlum bədbəxt oldu. Övladım doğulmazdan əvvəl də ayrılmaq qərarım var idi. Amma sonra dedim ki, yox, bəlkə uşaq ailəni birləşdirir. Hər yerdə qulağıma çatırdı ki, deyirlər: xəstədir, oğlumuzu bədbəxt etdi. Hətta namaz qılanda dua etdim: Ay Allah, mənə övlad ver, doğulsun, səsini eşidim, sonra ölüm. Təkcə bu ad mənə qoyulmasın. Ailədə hər şey anaya olan münasibətdən başlayır. Atanın qadınına hörməti varsa, uşaq onun üçün ölər. Amma qızlar var ki, atasına nifrət edir... Çünki ata anaya hörmət etmir. "O QƏDƏR AĞIR İDİ Kİ..."

- Heç düşünmədiniz ki, birdən sağ qalmadım və bu uşağa kim baxacaq? Yük o qədər ağır idi ki... - Bunu ancaq mənim kimi hadisəni yaşayan qadın bilər. O qədər ağır idi... Mənə o söz elə təsir edirdi ki, deyirdim əlac budur. Övladım ailə qurandan 1 il sonra oldu. Çoxları elə bilir ki, uzun müddət uşağım olmayıb. Yox... Mən böyrəyi başqasından köçürülən insanam. Adi bir infeksiyadan, soyuqdan bədən böyrəyi rəd edə bilər.  Buna görə də mənə dərman veriblər, hər zaman içirəm. Bir dərman isə bədəndə mayalanmaya imkan vermir. Azərbaycanda mənə qədər heç bir həkim bunu bilmirdi. Evlənəndən 6 ay sonra evdə başladı uşaq mövzusu. Nəhayət İrana həkimə getdim. Yoxlandım, həkim dedi, bu qızda heç bir problem yoxdur. Dərmanımı dəyişdilər, 16 gündən sonra hamilə qaldım. Bakıda heç bir həkim boynuna götürmədi. Azərbaycanda böyrək köçürülən ilk qadın idim ki, uşaq doğdum. Bütün həkimlər iclas etdi ki, baxaq cavab deyək. Səhəri gəldim, dedilər, ya çıxın uşağı tələf edək, ya da qol çəkin kağıza ki, həkimlər məsuliyyət daşımır.  - Bəs valideynləriniz necə razılaşdı? - Azərbaycanda bir ailədə uşaq olmursa, birinci qadında günah axtarılır. Axı bu problem kişidən gəlir, onu yoxlayın. Atam sağlığında anama, bacılarıma demişdi ki, Vüsaləni qoruyun, onun başına belə bir şey gələcək. Atamın ölümünü görmədim, Çinə getdim. Orda xəbər aldım... Depressiyada idim... İnana bilmirdim, deyirdim, qayıdacam ki, evdədir. Ağır günlər yaşadım, üstəlik evdə də təzyiqlər. Deyirdilər ki, övlad sütundur. Dedim, ailəmi qorumaq üçün bu sütunu quracam. 


Xəbərə aid fotolar

Bakının elektrik enerjisi təchizatı bərpa edildi like
  • 12 İyl 20:34  
Digərləri Bakının elektrik enerjisi təchizatı bərpa edildi

Fövqəladə Hallar Nazirliyi və Azərenerjinin məlumatına əsasən, Fövqəl

arrow Ətraflı
DGK: Qanunsuzluqlara yol verilməsi ilə bağlı iddialar əsassızdır like
  • 12 İyl 20:33  
Digərləri DGK: Qanunsuzluqlara yol verilməsi ilə bağlı iddialar əsassızdır

Dövlət Gömrük Komitəsi (DGK) bəzi kütləvi informasiya vasitələrində y

arrow Ətraflı
Bank VTB kredit üzrə aksiyasına davam edir like
  • 12 İyl 20:25  
Digərləri Bank VTB kredit üzrə aksiyasına davam edir

Bank VTB (Azərbaycan) nağd pul krediti əldə etmək istəyən müştərilər

arrow Ətraflı
Gecə səhərə kimi klubda əyləndilər  FOTO like
  • 12 İyl 20:25  
Digərləri Gecə səhərə kimi klubda əyləndilər FOTO

36 yaşlı Cessika Bil və 37 yaşlı Castin Timberleykin oğlu Saylasla çıxd

arrow Ətraflı
Bu şəxslər təhsil haqqından azad olunur like
  • 12 İyl 20:22  
Digərləri Bu şəxslər təhsil haqqından azad olunur

"Peşə təhsili haqqında" qanuna əsasən, sosial müdafiəyə xüsu

arrow Ətraflı
Ermənistanın keçmiş müdafiə naziri Yerevandakı villasını sökdürür like
  • 12 İyl 20:20  
Dünya Ermənistanın keçmiş müdafiə naziri Yerevandakı villasını sökdürür

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Yerevanın Vaaqni məhə

arrow Ətraflı
Məşhur supermodel: "Soyunmağa son"  FOTO like
  • 12 İyl 20:10  
Digərləri Məşhur supermodel: "Soyunmağa son" FOTO

Məşhur supermodel sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
Trabzonspor-un baş məşqçisi Qarabağ-ın matçını izləyib like
  • 12 İyl 20:08  
İdman Trabzonspor-un baş məşqçisi Qarabağ-ın matçını izləyib

Trabzonspor-un baş məşqçisi Ünal Karaman “Qarabağ”ı

arrow Ətraflı
Bitkoin "düşür" like
  • 12 İyl 20:07  
Digərləri Bitkoin "düşür"

Dünyada ən populyar kriptovalyuta olan bitkoin ucuzlaşmaqda davam edir.

arrow Ətraflı
Sosial müdafiəyə ehtiyacı olan şəxslər təhsil haqqından azad olunur like
  • 12 İyl 20:00  
Digərləri Sosial müdafiəyə ehtiyacı olan şəxslər təhsil haqqından azad olunur

“Peşə təhsili haqqında” qanuna əsasən, sosial müdafiəyə xüsusi eht

arrow Ətraflı
Paytaxtın bu ərazilərində qaz olmayacaq like
  • 12 İyl 20:00  
Digərləri Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın 3 rayonunun əksər ərazilərində qaz olmayacaq.

arrow Ətraflı
Qonşular balaca bacıqardaşı xilas etdilər  VİDEO  FOTO like
  • 12 İyl 19:48  
Digərləri Qonşular balaca bacıqardaşı xilas etdilər VİDEO FOTO

Valideynləri alış-verişə getmiş kiçik bacı-qardaş oynamağa başlayıbl

arrow Ətraflı
Xorvatiyalı futbolçu xəstəxanaya aparılıb like
  • 12 İyl 19:43  
İdman Xorvatiyalı futbolçu xəstəxanaya aparılıb

Xorvatiya milli komandasının futbolçusu İvan Perişiç İngiltə

arrow Ətraflı