Sosial müdafiəyə ehtiyacı olan şəxslər təhsil haqqından azad olunur


Digərləri 12 İyl 2018 20:00:00 296 0

Sosial müdafiəyə ehtiyacı olan şəxslər təhsil haqqından azad olunur

“Peşə təhsili haqqında” qanuna əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqından azad olacaqlar.

Bakı. İlhamə İsabalayeva - “Peşə təhsili haqqında” qanuna əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqından azad olacaqlar. Trend-in məlumatına görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, I, II və III qrup əlillər, münaqişə zamanı əlil olanlar və şəhid ailələrinin üzvləri, 20 yaşına çatmamış və I qrup əlil valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək.