"Azərbaycanı Suriyaya çevirmək istəyən qüvvələrin çirkin niyyətinə xalqiqtidar birliyi imkan verməyəcək"


Siyasət 12 İyl 2018 19:15:00 48 0

"Azərbaycanı Suriyaya çevirmək istəyən qüvvələrin çirkin niyyətinə xalqiqtidar birliyi imkan verməyəcək"

Gəncə şəhərində dini radikal qruplaşmaların törətdiyi iğtişaşlar özünü müsəlman kimi təqdim edən ünsürlərin terrora cəhdidir.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

E.Nəsirov qeyd edib ki, həmin ünsürlərin ilk növbədə siyasi mahiyyət kəsb edən planları olub:

"İlkin təhlillər ona əsas verir ki, radikal qruplaşma və onların arxasında dayanan xarici qüvvələr öncədən bunu planlaşdırıblar. Onlar ölkənin ikinci ən böyük şəhərində xaos yaratmaq, hakimiyyəti zorla zəbt etmək, həmçinin bu planlarını reallaşdırandan sonra ölkənin digər şəhər və rayonlarında tətbiq etmək, analoji hadisələri digər ərazilərdə də həyata keçirib Bakıda terror törətmək, ölkədə sabitliyi pozmaq istəyiblər. Həmin ünsürlər ölkədə vətəndaş həmrəyliyini pozub ölkədə xaos yaratmaq istəyiblər. Amma onlar bir məsələdə səhv ediblər ki, bu cür təxribatlar üçün Azərbaycanı məkan seçiblər".

Millət vəkili bildirib ki, onlar Azərbaycanı Suriyaya çevirmək niyyətində olublar, lakin bu işdə yanıldılar:

"Azərbaycan bu cür terror hadisələrini həyata keçirmək üçün məkan ola bilməz. Bəzi Yaxın Şərq ölkələrində bu planlar baş tutsa da, Azərbaycanda bunu heç kim həyata keçirə bilməz. Çünki Azərbaycanda hakimiyyətlə xalq birliyi var. Azərbaycanda xalq Prezidenti müdafiə edir. Bu müdafiəni xalq bu ilin aprel ayında ölkədə keçirilən prezident seçkilərində bütün dünyaya nümayiş etdirdi. Azərbaycan Prezidenti heç bir xarici dövlətin, heç bir siyasi dairənin diktəsi ilə deyil, öz müstəqil siyasətini həyata keçirir. Azərbaycanın düşmənləri bunu axıra qədər hesablaya bilməyiblər. Azərbaycanı Suriyaya çevirmək istəyən qüvvələrin çirkin niyyəti heç bir zaman reallaşa bilməyəcək. Buna xalqın iqtidarla birliyi imkan verməyəcək. Azərbaycanda çirkin niyyətini həyata keçirmək istəyənlər ən sərt cəzalarını alacaqlar".

Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

"Başqasının ərinə "podxod" etməməlidir" like
  • 12 İyl 19:12  
Şou-biznes "Başqasının ərinə "podxod" etməməlidir"

Aparıcı Aytən Səfərova bəzi qadın müğənnilər barədə status yazıb.

arrow Ətraflı
Galatasaray-ın futbolçusu A Seriyasında like
  • 12 İyl 19:11  
İdman Galatasaray-ın futbolçusu A Seriyasında

Genoa heyətini yeni futbolçu ilə gücləndirib. Goal.az xəbər ver

arrow Ətraflı
"Azərenerji” işıqların sönməsi ilə əlaqədar məlumat yaydı like
  • 12 İyl 19:08  
Digərləri "Azərenerji” işıqların sönməsi ilə əlaqədar məlumat yaydı

"Azərenerji" ölkə ərazisinin bir hissəsində yaranmış enerji fa

arrow Ətraflı
Barcelona fransalı müdafiəçi transfer edib like
  • 12 İyl 19:00  
İdman Barcelona fransalı müdafiəçi transfer edib

Barcelona bu yay növbəti transferini rəsmiləşdirib. Goal.az klubun rəs

arrow Ətraflı
Əzilən Ermənistan: islahatları nədən başlamağı bilməyən ölkə like
  • 12 İyl 19:00  
Dünya Əzilən Ermənistan: islahatları nədən başlamağı bilməyən ölkə

Nikol Paşinyanın vədlərinin sonu çatır. Küçədən bəyan etdiyi və pafo

arrow Ətraflı
Azərbaycan beynəlxalq arenada təsirini gücləndirib like
  • 12 İyl 18:56  
Siyasət Azərbaycan beynəlxalq arenada təsirini gücləndirib

Azərbaycan beynəlxalq arenada təsir reytinqində iki pillə irəliləyərək

arrow Ətraflı
Prezident İlham Əliyev Monteneqro Prezidentini təbrik edib like
  • 12 İyl 18:55  
Siyasət Prezident İlham Əliyev Monteneqro Prezidentini təbrik edib

Prezident İlham Əliyev Monteneqronun Prezidenti Milo Cukanoviçi təbrik edib.

arrow Ətraflı
ABŞ prezidenti: “Putinlə görüşdən çox şey gözləmirik” like
  • 12 İyl 18:48  
Dünya ABŞ prezidenti: “Putinlə görüşdən çox şey gözləmirik”

ABŞ prezidenti Donald Tramp iyulun 16-da Helsinkidə Rusiya prezidenti Vladimir

arrow Ətraflı
DİN, DTX və Baş Prokurorluq Gəncədə son hadisələrlə bağlı müşavirə keçirdi like
  • 12 İyl 18:43  
Digərləri DİN, DTX və Baş Prokurorluq Gəncədə son hadisələrlə bağlı müşavirə keçirdi

Bu gün Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov

arrow Ətraflı
Premyer Liqanın debütantı millimizin üzvünü transfer edib like
  • 12 İyl 18:40  
İdman Premyer Liqanın debütantı millimizin üzvünü transfer edib

Növbəti mövsümə hazırlığı davam etdirən “Sabah&rdquo

arrow Ətraflı
Prezident İlham Əliyev Monteneqro Prezidentini təbrik edib like
  • 12 İyl 18:37  
Digərləri Prezident İlham Əliyev Monteneqro Prezidentini təbrik edib

Prezident İlham Əliyev Monteneqronun Prezidenti Milo Cukanoviçi təbrik edib.

arrow Ətraflı