Əzilən Ermənistan: islahatları nədən başlamağı bilməyən ölkə


Dünya 12 İyl 2018 19:00:00 86 0

Əzilən Ermənistan: islahatları nədən başlamağı bilməyən ölkə

Nikol Paşinyanın vədlərinin sonu çatır. Küçədən bəyan etdiyi və pafoslu səslənən fikirlərdən artıq konkret əmələ keçmək gərəkdir.

Son.az newtimes.az-a istinadən xəbər verir ki, bunun üçün obyektiv gerçəkliyi nəzərə alan, müdrik və müasir çağırışlara cavab verən siyasi kurs müəyyənləşdirmək gərəkdir. Müşahidələr göstərir ki, rəsmi İrəvan hələlik bu mövqedən çox uzaqdır. N.Paşinyan bir tərəfdən seçkidə islahatlarla bağlı sərəncam verir, digər tərəfdən isə yeni heç bir addım ata bilmir. Əksinə, meydana çıxan daxili problemlər hakimiyyəti daha mürəkkəb dairəyə sürükləyir. Milli qəhrəman hesab edilən bir generalın əslində quldur olduğu aydınlaşır. N.Paşinyanı müdafiə edən bir partiyanın rəhbəri Qaqik Sarukyanla ziddiyyətlər dərinləşir. Qarabağ cəbhəsində Azərbaycan Ordusunun əməliyyatları erməniləri daha ağır vəziyyətə salır. Bu kimi proseslər Ermənistan rəhbərliyinin yanlış siyasətini davam etdirdiyi və əslində, islahatları haradan başlamağın lazım gəldiyini bilmədiyini nümayiş etdirir. Bu məsələ üzərində daha geniş dayanaq.

Rəsmi İrəvan: daxili və xarici təzyiqlər arasında

Belə görünür ki, Ermənistan ictimai şüurunda Nikol Paşinyan eyforiyası səngiyir. Cəmiyyət tədricən reallıqda nə baş verdiyinin fərqinə varmağa çalışır. N.Paşinyanın da pafoslu küçə ritorikasının imkanları tükənməkdədir. İnsanlara vəd verməyin bir həddi var. Müəyyən müddətdən sonra real əməl tələb olunur. İndi N.Paşinyan seçki məsələsini həll etməlidir. O, seçki məcəlləsində islahatlar aparılması ilə bağlı sərəncam da verib. Ancaq bu, heç də mövcud problemləri həll etməyib, əksinə, Ermənistanda siyasi abı-havanın daha da ağırlaşa biləcəyinin siqnallarından biridir. Məsələnin mahiyyəti rəsmi İrəvanın yarıtmaz siyasəti nəticəsində bütövlükdə Ermənistanın daha əzgin vəziyyətə düşməsi ilə bağlıdır.

Proseslər göstərdi ki, Ermənistanda hökumət dəyişsə də, erməni siyasətinin məntiqi dəyişmədi. Hazırda cəmiyyət iki yol arasında qalıb - bir tərəfdən Serj Sarkisyan iqtidarının yaratdığı korrupsiya sisteminin fəsadları, digər tərəfdən isə hələ də küçə məntiqi ilə hansısa radikal dəyişikliklər etmək istəyən N.Paşinyan bəlası. Korrupsiya sisteminin iyrənclikləri artıq parlamentdə də müzakirə edilir. İbrətvericidir ki, bu zaman, ümumiyyətlə, erməni psixologiyasının apatiyaları da özünü göstərir.

Bu, Ermənistanın milli qəhrəmanı sayılan general Manvel Qriqoryanın reallıqda kim olmasının aydınlaşması fonunda daha konkret məzmun kəsb edir. Bu şəxs müharibə zamanı azərbaycanlı əsir və girovlarla amansız rəftarı ilə seçilib. İnsanlara qarşı zor tətbiq etmək, onlara işgəncə vermək, təhqirlərə məruz qoymaq və s. kimi alçaq hərəkətlər edən M.Qriqoryana ermənilərin münasibəti yüksək idi. Onlar bu vəhşi erməni hərbçisinin düzgün hərəkət etdiyini və onun əsl qəhrəman olduğunu düşünürdülər. Rəsmi olaraq da bu adama ən yüksək imkanlar verilmişdi. Oğlu Eçmiədzinin meri təyin edilmişdi.

Ancaq indi ermənilər tamamilə başqa fikirdədirlər. Onlar M.Qriqoryanı korrupsioner, erməni ordusundan pay oğurlayan, qanunsuz silah-sursat yığan, günahsız adamlara şər atan və cəmiyyətin qatı düşməni olaraq təqdim edirlər. Hətta Eçmiədzində doğulan uşaqların əksəriyyətinin adının Manvel qoyulması tələbini qoyan tirandan bəhs edilir. Bunu parlamentdə də, küçədə də deyirlər.

Bəs nə baş verdi ki, erməni milli qəhrəman quldur çıxdı? Əslində, əvvəldən o, digər erməni separatçı-terrorçular kimi quldur və yaramaz idi, sadəcə bu keyfiyyətlərini azərbaycanlılara qarşı tətbiq edərkən, ermənilər sevinirdilər. İndi özləri uşaqları üçün göndərilən alt paltarlarını mənimsəyən alçaqdan danışırlar. Deməli, erməni şüurunda bir qırılma başlayıb. Onların əsrlərdir ki vəhşiliyi, quldurluğu, qeyri-insani rəftarı qəhrəmanlıq kimi təqdim etmək vərdişlərinin puç olmasını müşahidə edirik. Türkə və müsəlmana olan nifrətin ermənilərin özlərini psixoloji olaraq nə dərəcədə deqradasiyaya uğratdığının konkret nümunəsi göz qabağındadır. Bu o deməkdir ki, Ermənistan cəmiyyəti sosial-psixoloji çöküş mərhələsinə qədəm qoyub.

Bu da təsadüfi deyil və tənəzzül prosesi yalnız bununla məhdudlaşmır. Bütövlükdə Ermənistanın idarəetmə fəlsəfəsi iflasa uğrayır. Bunu mütəxəssislər xeyli əvvəl müəyyən etmişdilər, lakin indi bu proses son dərəcə qabarıqdır. Bunun üçün yalnız bir misala nəzər sala bilərik.

Pis ənənə: siyasi korluğun davamı

Azərbaycan beynəlxalq arenada təsirini gücləndirib like
  • 12 İyl 18:56  
Siyasət Azərbaycan beynəlxalq arenada təsirini gücləndirib

Azərbaycan beynəlxalq arenada təsir reytinqində iki pillə irəliləyərək

arrow Ətraflı
Prezident İlham Əliyev Monteneqro Prezidentini təbrik edib like
  • 12 İyl 18:55  
Siyasət Prezident İlham Əliyev Monteneqro Prezidentini təbrik edib

Prezident İlham Əliyev Monteneqronun Prezidenti Milo Cukanoviçi təbrik edib.

arrow Ətraflı
ABŞ prezidenti: “Putinlə görüşdən çox şey gözləmirik” like
  • 12 İyl 18:48  
Dünya ABŞ prezidenti: “Putinlə görüşdən çox şey gözləmirik”

ABŞ prezidenti Donald Tramp iyulun 16-da Helsinkidə Rusiya prezidenti Vladimir

arrow Ətraflı
DİN, DTX və Baş Prokurorluq Gəncədə son hadisələrlə bağlı müşavirə keçirdi like
  • 12 İyl 18:43  
Digərləri DİN, DTX və Baş Prokurorluq Gəncədə son hadisələrlə bağlı müşavirə keçirdi

Bu gün Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov

arrow Ətraflı
Premyer Liqanın debütantı millimizin üzvünü transfer edib like
  • 12 İyl 18:40  
İdman Premyer Liqanın debütantı millimizin üzvünü transfer edib

Növbəti mövsümə hazırlığı davam etdirən “Sabah&rdquo

arrow Ətraflı
Prezident İlham Əliyev Monteneqro Prezidentini təbrik edib like
  • 12 İyl 18:37  
Digərləri Prezident İlham Əliyev Monteneqro Prezidentini təbrik edib

Prezident İlham Əliyev Monteneqronun Prezidenti Milo Cukanoviçi təbrik edib.

arrow Ətraflı
Müğənni ona xəyanət edən əri ilə istirahətə getdi  FOTO like
  • 12 İyl 18:36  
Digərləri Müğənni ona xəyanət edən əri ilə istirahətə getdi FOTO

Türkiyəli müğənni Kibariyə həyat yoldaşı Ali Küçükbalçık və qız

arrow Ətraflı
XİN: Növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edildi like
  • 12 İyl 18:34  
Siyasət XİN: Növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edildi

NATO sammitinin yekunu üzrə kommünikedə növbəti dəfə Azərbaycanın əra

arrow Ətraflı
DİN, DTX və Baş Prokurorluq Gəncədə son hadisələrlə bağlı müşavirə keçirib like
  • 12 İyl 18:30  
Digərləri DİN, DTX və Baş Prokurorluq Gəncədə son hadisələrlə bağlı müşavirə keçirib

DİN, DTX və Baş Prokurorluq Gəncədə son hadisələrlə bağlı müşavirə

arrow Ətraflı
Paytaxtın 3 rayonunun əksər ərazilərində qaz olmayacaq like
  • 12 İyl 18:27  
Digərləri Paytaxtın 3 rayonunun əksər ərazilərində qaz olmayacaq

“Qaz İxrac” İdarəsinin Magistral qaz kəməri sahəsində cari təmir iş

arrow Ətraflı
"Tərəflər yekun qərarı hələ də qəbul etməyiblər" like
  • 12 İyl 18:25  
Digərləri "Tərəflər yekun qərarı hələ də qəbul etməyiblər"

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilm

arrow Ətraflı
Azərbaycan beynəlxalq arenada təsirini gücləndirib like
  • 12 İyl 18:21  
Digərləri Azərbaycan beynəlxalq arenada təsirini gücləndirib

Azərbaycan beynəlxalq arenada təsir reytinqində iki pillə irəliləyərək

arrow Ətraflı