Binəli Yıldırım Türkiyə Parlamentinin sədri seçildi


Digərləri 12 İyl 2018 19:03:00 241 0

Binəli Yıldırım Türkiyə Parlamentinin sədri seçildi

Türkiyə Parlamentinin yeni sədri məlum olub.

Son.az Trend-ə istinadən bildirir ki, Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, sabiq baş nazir Binəli Yıldırım Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.

Onun lehinə 335 nəfər deputat səs verib.