"Azərenerji” ölkə ərazisinin bir hissəsində yaranmış enerji fasiləsi ilə əlaqədar məlumat yayıb


Digərləri 12 İyl 2018 18:49:00 229 0

"Azərenerji” ölkə ərazisinin bir hissəsində yaranmış enerji fasiləsi ilə əlaqədar məlumat yayıb

"Azərenerji” ölkə ərazisinin bir hissəsində yaranmış enerji fasiləsi ilə əlaqədar məlumat yayıb.

Bakı. "Azərenerji” ölkə ərazisinin bir hissəsində yaranmış enerji fasiləsi ilə əlaqədar məlumat yayıb. ASC-dən Trend-ə verilən məlumata görə, iyul ayının 12-də saat 15-30 radələrində Mingəçevir şəhərindən 151 km məsafədə yerləşən Ağsu rayonunun Bico kəndi və eyni zamanda Yevlax rayonunun Xanabad kəndindən 20 km məsafədə eyni vaxtda Hava Elektrik Veriliş xətlərinin yerləşdiyi ərazilərdə genişmiqyaslı yanğın törədilib. "Azərenerji" ASC-nin Mərkəzi Dispetçer İdarəsinə daxil olmuş məlumat əsasında, "Azərbaycan" İES və Mingəçevir SES-nə Abşeron Yarımstansiyası ilə birləşdirən yüksəkgərginlikli, 220 kV-luq Qəbələ, 220-KV-luq Ağsu və 330 kV-luq 1-ci Abşeron hava xətləri yanğına məruz qaldığı üçün baş verə biləcək ağır qəzanın qarşısını almaq məqsədilə dispetçerlər tərəfindən dövrədən ayrılıb.