ABŞ prezidenti: “Putinlə görüşdən çox şey gözləmirik”


Dünya 12 İyl 2018 18:48:00 224 0

ABŞ prezidenti: “Putinlə görüşdən çox şey gözləmirik”

ABŞ prezidenti Donald Tramp iyulun 16-da Helsinkidə Rusiya prezidenti Vladimir Putinlə keçirəcəyi görüşdə hansı məsələlərin müzakirə olunacağını açıqlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, D. Tramp V. Putinlə Suriya və Ukraynadakı vəziyyəti, eləcə də Rusiyanın ABŞ seçkilərinə müdaxiləsini müzakirə edəcəyini deyib.  

"Biz bu görüşə çox şey gözləmədən gedirik. Biz Suriya məsələsini aydınlaşdırmaq istəyirik. Eləcə də, biz sizin sevimli sualınız olan seçkiyə müdaxilə barədə soruşacağıq, mən bir daha bu sualı verəcəyəm. Biz digər məsələləri, o cümlədən Ukraynanı da müzakirə edəcəyik", - deyə o, amerikalı jurnalistlərə bildirib.