Binəli Yıldırım Türkiyə Parlamentinin sədri seçilib


Digərləri 12 İyl 2018 18:42:00 239 0

Binəli Yıldırım Türkiyə Parlamentinin sədri seçilib

Türkiyə Parlamentinin yeni sədri məlum olub.

Bakı. Rufiz Hafizoğlu - Türkiyə Parlamentinin yeni sədri məlum olub. Trend-in məlumatına görə, Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, sabiq baş nazir Binəli Yıldırım Türkiyə Böyük Millət Məclisinin sədri seçilib. Onun lehinə 335 nəfər deputat səs verib.