XİN: Növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edildi


Siyasət 12 İyl 2018 18:34:00 73 0

XİN: Növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edildi

NATO sammitinin yekunu üzrə kommünikedə növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev 10-12 iyul 2018-ci il tarixlərində Belçika Krallığının paytaxtı Brüssel şəhərində işgüzar səfərdə olub. Prezident İlham Əliyev səfər zamanı NATO-nun Zirvə toplantısı çərçivəsində Şimali Atlantika Şurasının "Qətiyyətli Dəstək" üzrə Əməliyyat Tərəfdaş Dövlətləri və potensial Əməliyyat Tərəfdaş Dövlətləri ilə birlikdə dövlət və hökumət başçıları səviyyəsində iclasında iştirak edib.

Bəyanatda deyilir ki, NATO üzv dövlətləri Zirvə toplantısının yekununda qəbul etdikləri kommunikedə növbəti dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin bu prinsiplər əsasında həllinə dəstək ifadə ediblər:

"2006-cı ildən başlayaraq NATO üzv dövlətləri Zirvə toplantılarının yekununda qəbul olunan bəyanatlarda Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə davamlı olaraq dəstəklərini ifadə edirlər".

Bildirilir ki, Azərbaycan Avropa İttifaqı və NATO üzv dövlətləri tərəfindən müvafiq olaraq Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri Sənədi və NATO-nun Brüssel Zirvə toplantısının kommünikesində növbəti dəfə Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə, o cümlədən sərhədlərinin toxunulmazlığına hörmət və dəstəyin ifadə olunmasını təqdir edir:

"Beynəlxalq hüququn norma və prinsipləri, Helsinki Yekun Aktı əsasında dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmət edilməsi və dəstək beynəlxalq münasibətlərin əsasını təşkil edir, davamlı sülh və təhlükəsizliyi şərtləndirən vacib amildir".

DİN, DTX və Baş Prokurorluq Gəncədə son hadisələrlə bağlı müşavirə keçirib like
  • 12 İyl 18:30  
Digərləri DİN, DTX və Baş Prokurorluq Gəncədə son hadisələrlə bağlı müşavirə keçirib

DİN, DTX və Baş Prokurorluq Gəncədə son hadisələrlə bağlı müşavirə

arrow Ətraflı
Paytaxtın 3 rayonunun əksər ərazilərində qaz olmayacaq like
  • 12 İyl 18:27  
Digərləri Paytaxtın 3 rayonunun əksər ərazilərində qaz olmayacaq

“Qaz İxrac” İdarəsinin Magistral qaz kəməri sahəsində cari təmir iş

arrow Ətraflı
"Tərəflər yekun qərarı hələ də qəbul etməyiblər" like
  • 12 İyl 18:25  
Digərləri "Tərəflər yekun qərarı hələ də qəbul etməyiblər"

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilm

arrow Ətraflı
Azərbaycan beynəlxalq arenada təsirini gücləndirib like
  • 12 İyl 18:21  
Digərləri Azərbaycan beynəlxalq arenada təsirini gücləndirib

Azərbaycan beynəlxalq arenada təsir reytinqində iki pillə irəliləyərək

arrow Ətraflı
Türkiyədə fövqəladə vəziyyət ləğv olunur like
  • 12 İyl 18:18  
Dünya Türkiyədə fövqəladə vəziyyət ləğv olunur

Türkiyədə davam edən fövqəladə vəziyyət rejimi iyulun 17-də ləğv olu

arrow Ətraflı
Lukaşenko “Miss Belarus”un qalibinə kolxozda iş təklif etdi  FOTO like
  • 12 İyl 18:12  
Dünya Lukaşenko “Miss Belarus”un qalibinə kolxozda iş təklif etdi FOTO

Belarus prezidenti Aleksandr Lukaşenko Moqilev vilayətindəki "Vətən&qu

arrow Ətraflı
Bakının bu prospektində hərəkət məhdudlaşdırılacaq like
  • 12 İyl 18:00  
Digərləri Bakının bu prospektində hərəkət məhdudlaşdırılacaq

Avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədi ilə

arrow Ətraflı
“Alimlər şəhərciyi”ndə ev almaq üçün elektron müraciət etmək mümkün olacaq like
  • 12 İyl 17:57  
Digərləri “Alimlər şəhərciyi”ndə ev almaq üçün elektron müraciət etmək mümkün olacaq

Abşeron rayonu, Saray qəsəbəsində elm və təhsil işçiləri üçün tikil

arrow Ətraflı
Prosineçki: Biz ingilisləri "öldürdük" like
  • 12 İyl 17:52  
İdman Prosineçki: Biz ingilisləri "öldürdük"

"Bu oyunu izləmək xoş oldu. Xüsusən, ikinci hissəni və əlavə vaxtı

arrow Ətraflı
Həmsədrlər XİN rəhbərləri ilə görüşlə bağlı bəyanat yaydılar like
  • 12 İyl 17:50  
Siyasət Həmsədrlər XİN rəhbərləri ilə görüşlə bağlı bəyanat yaydılar

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ

arrow Ətraflı