Premyer Liqanın debütantı millimizin üzvünü transfer edib


İdman 12 İyl 2018 18:40:00 42 0

Premyer Liqanın debütantı millimizin üzvünü transfer edib

Növbəti mövsümə hazırlığı davam etdirən “Sabah” Futbol Klubu heyətini yeni futbolçu ilə gücləndirib. Goal.az xəbər verir ki, müəyyən müddət davam edən danışıqlardan sonra “Sumqayıt” Futbol Klubuyla Cavid İmamverdiyevin keçidi ilə bağlı razılıq əldə edilib. Millimizin əsas üzvlərindən olan yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlanıb.

Bu xəbəri də oxu: Sabiq Galatasaray-lı Akhisar-da

Cavid İmamverdiyev keçidi barədə klubun mətbuat xidmətinə açıqlama verib. O, “Sabah”ın onun karyerasında yeni səhifə olduğunu deyib:

“Sabah”a keçməklə karyeramda yeni səhifə açdım. Klub ilk dəfə Premyer Liqada çıxış edəcək. Yeni komanda yığılır. “Sabah”a keçdiyimə görə məmnunam. Komandanın Premyer Liqada uğurlu çıxışına öz oyunumla töhfə vermək istəyirəm. Əsas məqsədim həm klub rəhbərliyinin, həm də baş məşqçinin mənə olan etimadını tam doğrultmaqdır”.

Baş məşqçimiz Elşad Əhmədov da İmamverdiyevin keçidi ilə bağlı fikirlərini bildirib:

“Cavid kimi futbolçuya istənilən komandada ehtiyac var. Hər bir baş məşqçi istəyər ki, onun kimi təcrübəli futbolçuya sahib olsun. Cavid Azərbaycan futbolunda öz sözünü demiş oyunçulardandır. İnanıram ki, o, bizim komandanın aparıcı üzvlərindən birinə çevriləcək. Cavid həm də, yığmamızın üzvüdür. Ümid edirəm ki, klubumuzdakı yaxşı çıxışı ilə milliyə dəvət almağa davam edəcək”.

28 yaşlı futbolçu karyerası ərzində “Karvan”, “Neftçi”, “Elazığspor” (Türkiyə) və “Sumqayıt”ın uğurları üçün çalışıb. Cavid Azərbaycan yığmasının formasında çıxdığı 7 oyunda 1 qol vurub. O, millinin bu il keçirdiyi 6 qarşılaşmanın hamısında şans qazanıb.

Prezident İlham Əliyev Monteneqro Prezidentini təbrik edib like
  • 12 İyl 18:37  
Digərləri Prezident İlham Əliyev Monteneqro Prezidentini təbrik edib

Prezident İlham Əliyev Monteneqronun Prezidenti Milo Cukanoviçi təbrik edib.

arrow Ətraflı
Müğənni ona xəyanət edən əri ilə istirahətə getdi  FOTO like
  • 12 İyl 18:36  
Digərləri Müğənni ona xəyanət edən əri ilə istirahətə getdi FOTO

Türkiyəli müğənni Kibariyə həyat yoldaşı Ali Küçükbalçık və qız

arrow Ətraflı
XİN: Növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edildi like
  • 12 İyl 18:34  
Siyasət XİN: Növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edildi

NATO sammitinin yekunu üzrə kommünikedə növbəti dəfə Azərbaycanın əra

arrow Ətraflı
DİN, DTX və Baş Prokurorluq Gəncədə son hadisələrlə bağlı müşavirə keçirib like
  • 12 İyl 18:30  
Digərləri DİN, DTX və Baş Prokurorluq Gəncədə son hadisələrlə bağlı müşavirə keçirib

DİN, DTX və Baş Prokurorluq Gəncədə son hadisələrlə bağlı müşavirə

arrow Ətraflı
Paytaxtın 3 rayonunun əksər ərazilərində qaz olmayacaq like
  • 12 İyl 18:27  
Digərləri Paytaxtın 3 rayonunun əksər ərazilərində qaz olmayacaq

“Qaz İxrac” İdarəsinin Magistral qaz kəməri sahəsində cari təmir iş

arrow Ətraflı
"Tərəflər yekun qərarı hələ də qəbul etməyiblər" like
  • 12 İyl 18:25  
Digərləri "Tərəflər yekun qərarı hələ də qəbul etməyiblər"

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilm

arrow Ətraflı
Azərbaycan beynəlxalq arenada təsirini gücləndirib like
  • 12 İyl 18:21  
Digərləri Azərbaycan beynəlxalq arenada təsirini gücləndirib

Azərbaycan beynəlxalq arenada təsir reytinqində iki pillə irəliləyərək

arrow Ətraflı
Türkiyədə fövqəladə vəziyyət ləğv olunur like
  • 12 İyl 18:18  
Dünya Türkiyədə fövqəladə vəziyyət ləğv olunur

Türkiyədə davam edən fövqəladə vəziyyət rejimi iyulun 17-də ləğv olu

arrow Ətraflı
Lukaşenko “Miss Belarus”un qalibinə kolxozda iş təklif etdi  FOTO like
  • 12 İyl 18:12  
Dünya Lukaşenko “Miss Belarus”un qalibinə kolxozda iş təklif etdi FOTO

Belarus prezidenti Aleksandr Lukaşenko Moqilev vilayətindəki "Vətən&qu

arrow Ətraflı
Bakının bu prospektində hərəkət məhdudlaşdırılacaq like
  • 12 İyl 18:00  
Digərləri Bakının bu prospektində hərəkət məhdudlaşdırılacaq

Avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədi ilə

arrow Ətraflı
“Alimlər şəhərciyi”ndə ev almaq üçün elektron müraciət etmək mümkün olacaq like
  • 12 İyl 17:57  
Digərləri “Alimlər şəhərciyi”ndə ev almaq üçün elektron müraciət etmək mümkün olacaq

Abşeron rayonu, Saray qəsəbəsində elm və təhsil işçiləri üçün tikil

arrow Ətraflı