Bakının bu prospektində hərəkət məhdudlaşdırılacaq


Digərləri 12 İyl 2018 18:00:00 215 0

Bakının bu prospektində hərəkət məhdudlaşdırılacaq

Avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədi ilə Ziya Bünyadov prospektinin Asif Məhərrəmov və Ceyhun Səlimov küçələrinin kəsişməsində yerləşən yol ötürücüsündən 20 Yanvar dairəsinə doğru olan hissəsində 13 və 14 iyul tarixlərində təmir işləri aparılacaq.

Son.az bildirir ki, bu barədə Trend-ə AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, bununla əlaqədar olaraq sözügedən hissədə hərəkət 13 iyul tarixində səhər saatlarından məhdudlaşdırılacaq.