Rusiya XİN ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi prosesi barədə (ÖZƏL)


Digərləri 12 İyl 2018 18:05:00 274 0

Rusiya XİN ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi prosesi barədə (ÖZƏL)

ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi ilə bağlı yekun qərar hələlik qəbul olunmayıb

Bakı. Ləman Zeynalova – ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi ilə bağlı yekun qərar hələlik qəbul olunmayıb. Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova brifinq zamanı Trend-in sualını cavablandırarkən deyib: O bildirib: “2016-cı ildə Azərbaycan və Ermənistan prezidentləri münaqişə zonasında vəziyyətin sabitləşməsinə və sülh prosesinin irəliləməsinə xidmət edən mühitin yaradılmasına yönəlmiş addımları müzakirə ediblər. Bu məqsədlə onlar münaqişə zonasında beynəlxalq müşahidəçilərin sayının artırılması ilə bağlı razılığa gəldilər. Bu mövzu tərəflərin növbəti görüşləri zamanı, o cümlədən bu ilin əvvəli Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü zamanı müzakirə olunub və əlavə müşahidəçilərin sayı, onların yerləşdiriləcəyi mövqe, eləcə də digər əlaqədar məsələlər üzrə prinsipial anlaşma əldə olunub. Amma tərəflər yekun qərarı hələ də qəbul etməyiblər”.