Prosineçki: Biz ingilisləri "öldürdük"


İdman 12 İyl 2018 17:52:00 49 0

Prosineçki: Biz ingilisləri "öldürdük"

"Bu oyunu izləmək xoş oldu. Xüsusən, ikinci hissəni və əlavə vaxtı. Biz ingilisləri "öldürdük"! Qoy, bütün Xorvatiya xoşbəxt və məmnun olsun". Goal.az xəbər verir ki, bunu Xorvatiya milli komandasının sabiq futbolçusu Robert Prosineçki Rusiyadakı dünya çempionatının yarımfinalında İngiltərə üzərində əlavə vaxtda əldə etdikləri 2:1 hesablı qələbə barədə danışarkən deyib. Hazırda Bosniya və Herseqovina yığmasına rəhbərlik edən Azərbaycan millisinin sabiq baş məşqçisi Xorvatiya yığmasını finalda Fransadan intiqam almağa çağırıb: "Biz indi birinci olmaq istəyirik. Gəlin, DÇ-1998-in yarımfinalındakı məğlubiyyətin qisasını alaq".

49 yaşlı mütəxəssisin fikrincə, hesabda geri düşdükdən sonra nəticəni dəyişmək və oyuna nəzarəti bərpa etmək asan deyil. O, Xorvatiya yığmasının daha yaxşı formada və 120 dəqiqə mübarizə aparmağa hazır olması səbəbindən qələbə qazandığını bildirib.

Prosineçkinin sözlərinə görə, hazırkı nəsil Xorvatiyada hökm sürən xoşbəxtliyi daha asan hiss edəcək: "Bizimlə müqayisədə hazırkı nəslin sosial şəbəkələr və internetdə yazmaq imkanları var. Bu, onlara hazırkı ab-havanı hiss etmək imkanı yaradır".

Qeyd edək ki, Robert Prosineçki 2014 - 2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub. O, futbolçu kimi 1998-ci il dünya çempionatının bürünc medalını qazanıb. Həmin vaxt Xorvatiya yığması yarımfinalda Fransaya 1:2 hesabı ilə uduzub. DÇ-2018-də iki komanda arasında final görüşü iyulun 15-də Moskvadakı "Lujniki" stadionunda keçiriləcək.   

Report

Həmsədrlər XİN rəhbərləri ilə görüşlə bağlı bəyanat yaydılar like
  • 12 İyl 17:50  
Siyasət Həmsədrlər XİN rəhbərləri ilə görüşlə bağlı bəyanat yaydılar

ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ

arrow Ətraflı
Tramp: Putinlə görüşü gözləyirəm like
  • 12 İyl 17:43  
Digərləri Tramp: Putinlə görüşü gözləyirəm

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşü g

arrow Ətraflı
Makiyajsız Şeyma like
  • 12 İyl 17:40  
Digərləri Makiyajsız Şeyma

Türkiyədə artıq bir müddətdir məşhurların makiyajsız foto paylaşma ə

arrow Ətraflı
Nazirlər qətlə yetirilən polkovniklərin yas mərasimində like
  • 12 İyl 17:35  
Digərləri Nazirlər qətlə yetirilən polkovniklərin yas mərasimində

Gəncədə qətlə yetirilən polislərin bu gün üç mərasimi keçirilib.

arrow Ətraflı
Ziya Bünyadov prospektində hərəkət məhdudlaşdırılacaq like
  • 12 İyl 17:31  
Digərləri Ziya Bünyadov prospektində hərəkət məhdudlaşdırılacaq

Avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin etmək məqsədi ilə

arrow Ətraflı
Bu ölkənin Azərbaycana 8 milyon borcu var like
  • 12 İyl 17:26  
Digərləri Bu ölkənin Azərbaycana 8 milyon borcu var

Bu ilin iyunun 30-na olan məlumata əsasən, Gürcüstanın Azərbaycana olan b

arrow Ətraflı
Manatın sabaha MƏZƏNNƏSİ like
  • 12 İyl 17:17  
Digərləri Manatın sabaha MƏZƏNNƏSİ

İyulun 13-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Lovren: "Qalib olsaq, o, “Qızıl top"u qazanmalıdır” like
  • 12 İyl 17:14  
İdman Lovren: "Qalib olsaq, o, “Qızıl top"u qazanmalıdır”

Xorvatiya millisinin müdafiəçisi Deyan Lovren dünya çem

arrow Ətraflı
İyulun 13-nə manatın məzənnəsi like
  • 12 İyl 17:12  
Digərləri İyulun 13-nə manatın məzənnəsi

İyulun 13-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Qanunsuz heyvan kəsimi ilə bağlı like
  • 12 İyl 17:10  
Digərləri Qanunsuz heyvan kəsimi ilə bağlı

Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyi tələblərinə, sanitar

arrow Ətraflı
Bakıda svetoforların fəaliyyətində əmələ gələn çətinliklər aradan qaldırılır like
  • 12 İyl 17:07  
Digərləri Bakıda svetoforların fəaliyyətində əmələ gələn çətinliklər aradan qaldırılır

Paytaxtın bəzi yerlərində elektrik təminatında yaranan kəsinti ilə əlaq

arrow Ətraflı