Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən seyf oğurlayan şəxsin məhkəməsi başlayıb


Sosial 12 İyl 2018 17:14:36 40 0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən seyf oğurlayan şəxsin məhkəməsi başlayıb

Məhkəmənin baxış iclası iyulun 19-na təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etməmdə təqsirləndirilən Rafiq Məmmədov, Elşən Aslanov və Rüfət Qurbanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra R.Qurbanovun vəkili vəsatət qaldırıb. O, cinayət işinin yenidən ibtidai istintaqa qaytarılmasını istəyib. Vəsatət təmin edilməyib.

Məhkəmənin baxış iclası iyulun 19-na təyin edilib.

İttiham aktına əsasən, R.Məmmədov, E.Aslanov və R.Qurbanov qabaqcadan əlbir olaraq, bir qrup şəxs halında təkrar özgənin külli miqdarda əmlakını saxlanc yeri olan binaya qanunsuz daxil olub, oğurluq ediblər. Həmçinin R.Məmmədov və E.Aslanov satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vsaitə olan heroin əldə edərək saxlayıb.

Cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, R.Məmmədov tanışı Vaqif Rəhimovla birgə 2006-cı ildə "Karvan L" şirkətinin ofisindən ümumilikdə 190 min 496 manat, 2008-ci ildə "Moqobs" MMC-nin ofisindən 158 min 594 manat, 2010-cu ildə "Saqa" gəmi təmiri şirkətinin ofisindən 40 min 800 manat, 2011-ci ildə "Təmizləmə avadanlıqlarının satışı mağazası"ndan 510 min manat məbləğində pul oğurlayıb.

2014-cu ildə həbs edilən R.Məmmədov oğurluqda təqsirli bilinib və Bakı Ağır Cinayətlərinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum olunub. 2016-cı ildə isə o, Xətai Rayon Məhkəməsinin qərarı ilə 5 ay 17 gün çəkilməmiş cəzadan vaxtından əvvəl şərti azadlığa buraxılıb.

R.Məmmədov məhkumluğu götürülmədən və ödənilmədən yenidən cinayətə əl atıb.

Belə ki, o, 2016-cı ildə Rasim Əliyevə məxsus Bakı şəhəri ərazisində yerləşən ofisindən 7 min manat pul oğurlayıb. 2017-ci ildə isə R.Məmmədov Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin iş otağına qanunsuz daxil olub. O, həmin otaqda şöbənin müdri Anar Kazımova məxsus olmaqla içərisində möhür və blanklar olan 1050 manat dəyərində "FDX-30" markalı seyfi talayaraq aparıb.

Bundan başqa, o, Qadir Əliyevlə birgə Murad Bədirovun rəhbərlik etdiyi "MCM" şirkətinin ofisindən 8 min 253 manat, "Total İT" MMC-nin ofisindən 13 min 797 manat, "Azəri Ekspress" MMC-nin ofisindən Rauf Səfərovun 6 min 202 manatını, Vahel Abdullayevin isə 7 min 200 manatını, "İndeks.az" MMC-nin ofisindən 43 min 200 manat, 2017-ci ildə "Saqa" gəmi təmiri şirkətinin ofisindən 600 manat pul oğurlayıb.

R.Məmmədov daha sonra R.Qurbanov, E.Aslanov və qeyriləri ilə birgə 2017-ci ilin avqust ayının 10-da "M-Trans" MMC-nin ofisindən 15 min 500 manat, "MS Orbita" şirkətinin ofisindən 67 min 441 manat pulu gizli yolla oğurlayıblar.

R.Məmmədovla E.Aslanovun barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda), 234.4.3-cü (külli miqdarda narkotik) və R.Qurbanovun isə 177.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, R.Məmmədovla yanaşı E.Aslanov da məhkumluq həyatı yaşayıb. O, 2012-ci ildə oğurluq və narkotikdə təqsirli bilinib və 4 il 6 ay müddəti ilə azadlıqdan məhrum edilib. E.Aslanov 2016-cı ildə isə azadlığa buraxılıb.

Lovren: "Qalib olsaq, o, “Qızıl top"u qazanmalıdır” like
  • 12 İyl 17:14  
İdman Lovren: "Qalib olsaq, o, “Qızıl top"u qazanmalıdır”

Xorvatiya millisinin müdafiəçisi Deyan Lovren dünya çem

arrow Ətraflı
İyulun 13-nə manatın məzənnəsi like
  • 12 İyl 17:12  
Digərləri İyulun 13-nə manatın məzənnəsi

İyulun 13-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Qanunsuz heyvan kəsimi ilə bağlı like
  • 12 İyl 17:10  
Digərləri Qanunsuz heyvan kəsimi ilə bağlı

Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyi tələblərinə, sanitar

arrow Ətraflı
Bakıda svetoforların fəaliyyətində əmələ gələn çətinliklər aradan qaldırılır like
  • 12 İyl 17:07  
Digərləri Bakıda svetoforların fəaliyyətində əmələ gələn çətinliklər aradan qaldırılır

Paytaxtın bəzi yerlərində elektrik təminatında yaranan kəsinti ilə əlaq

arrow Ətraflı
Elmar Məmmədyarov və Zakir Həsənov ABŞ-dan olan həmkarları ilə görüşüblər like
  • 12 İyl 17:06  
Digərləri Elmar Məmmədyarov və Zakir Həsənov ABŞ-dan olan həmkarları ilə görüşüblər

Xarici işlər naziri Elmar Məmmədyarov və Müdafiə naziri Zakir Həsənov A

arrow Ətraflı
Bakıda svetoforların fəaliyyətində yaranan çətinliklər aradan qaldırılır like
  • 12 İyl 16:56  
Digərləri Bakıda svetoforların fəaliyyətində yaranan çətinliklər aradan qaldırılır

Bakıda svetoforların fəaliyyətində əmələ gələn çətinliklər aradan q

arrow Ətraflı
"Hamilə aparırdım"  Qəzaya düşən təcili tibbi yardım maşınının sürücüsü  VİDEO  FOTO like
  • 12 İyl 16:55  
Digərləri "Hamilə aparırdım" Qəzaya düşən təcili tibbi yardım maşınının sürücüsü VİDEO FOTO

Ağstafada bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəql

arrow Ətraflı
Bilik Fondu Lerikdə yerli ziyalılarla görüş keçirib (FOTO) like
  • 12 İyl 16:53  
Digərləri Bilik Fondu Lerikdə yerli ziyalılarla görüş keçirib (FOTO)

Azərbaycan Prezidenti yanında Bilik Fondu Lerik rayonu, Heydər Əliyev Mərk

arrow Ətraflı
Polşa millisinin yeni baş məşqçisi müəyyənləşib like
  • 12 İyl 16:53  
İdman Polşa millisinin yeni baş məşqçisi müəyyənləşib

Polşa millisinin yeni baş məşqçisi məlum olub. Goal.az xəbər verir

arrow Ətraflı
Xəzər Dəniz Neft Donanmasının gəmisi yeni xarici layihəyə cəlb olunub (FOTO) like
  • 12 İyl 16:47  
Digərləri Xəzər Dəniz Neft Donanmasının gəmisi yeni xarici layihəyə cəlb olunub (FOTO)

“AXDG” QSC-nin Xəzər Dəniz Neft Donanmasının gəmisi yeni xarici layih

arrow Ətraflı
Azərbaycanın bəzi bölgələri işıqsız qaldı like
  • 12 İyl 16:47  
Digərləri Azərbaycanın bəzi bölgələri işıqsız qaldı

Azərbaycanın bəzi bölgələrinin elektrik enerjisi ilə təchizatı dayandı

arrow Ətraflı
Abşeronda yaşıllıq ərazidə yanğın başladı like
  • 12 İyl 16:46  
Digərləri Abşeronda yaşıllıq ərazidə yanğın başladı

Bakı-Quba magistral yolunun 20-ci km-də yaşıllıq ərazi yanır. 

arrow Ətraflı