Lovren: "Qalib olsaq, o, “Qızıl top"u qazanmalıdır”


İdman 12 İyl 2018 17:14:00 334 0

Lovren: "Qalib olsaq, o, “Qızıl top"u qazanmalıdır”

Xorvatiya millisinin müdafiəçisi Deyan Lovren dünya çempionatının yarımfinalında İngiltərə üzərində qazanılan qələbədən sonra fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, futbolçu bunları deyib:

“Mənim üçün xüsusi hadisədir. İnsanlar çətin mövsüm keçirdiyimi deyirlər, ancaq mən bununla razılaşmıram. Mayda Liverpool-un heyətində Çempionlar Liqasında final oynadım, indi isə milli komandanın heyətində dünya çempionatının finalındayam. İnsanlar dünyanın ən yaxşı müdafiəçilərindən biri olduğumu qəbul etməlidir”.

Lovren komanda yoldaşı Luka Modriçin “Qızıl top”u qazanmağa layiq olduğunu qeyd edib: “Modriç dünyanın ən yaxşı yarımmüdafiəçisidir. Əgər dünya çempionatının qalibi olsaq, o, “Qızıl top” mükafatını qazanmalıdır”.