Bakıda metronun hərəkəti bərpa edildi YENİLƏNİB


Digərləri 12 İyl 2018 16:58:00 236 0

Bakıda metronun hərəkəti bərpa edildi  YENİLƏNİB

16:58

Bənövşəyi xəttin "Avtovağzal" və "Memar Əcəmi" stansiyalarında qatarların hərəkəti bərpa olunub.

Son.az bildirir ki, bunu publika.az-a "Bakı Metropoliten"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, saat 16:30-da qatarların hərəkəti bərpa edilib: "Metropolitenə gələn elektrik xətlərində yüksək gərginlik olmadığından Bənövşəyi xəttin "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları sərnişinlərin hərəkətinə bağlanmışdı. Artıq saat 16:30-dan yüksək gərginlik verilib və qatarların hərəkəti yenidən normal qrafik üzrə bərpa olunub".

-----------