AQTA qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı növbəti xəbərdarlıq edib


Digərləri 12 İyl 2018 16:31:00 225 0

AQTA qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı növbəti xəbərdarlıq edib

Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyi tələblərinə, sanitar-gigiyenik normalara uyğun olmayan heyvan kəsimi məntəqələrinin sahiblərinə növbəti xəbərdarlıq edib.

Bakı. Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyi tələblərinə, sanitar-gigiyenik normalara uyğun olmayan heyvan kəsimi məntəqələrinin sahiblərinə növbəti xəbərdarlıq edib. Trend-in məlumatına görə, “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə bağlı olaraq Qida Təhlükəsizliyi Agentliyi baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi ilə məşğul olan şəxslərdən qanunsuz fəaliyyətlərini dayandırmağı tələb edir. Agentlik xəbərdarlıq edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə bu cür fəaliyyətlərin aradan qaldırılması üçün qanunla müəyyən olunmuş qaydada tədbirlər həyata keçiriləcək.