Bakıda kişi məhkəmə zalında öldü, hakim ölünün xeyrinə qərar çıxardı FOTO


Digərləri 12 İyl 2018 16:20:00 347 0

Bakıda kişi məhkəmə zalında öldü, hakim ölünün xeyrinə qərar çıxardı  FOTO

Bakı şəhəri Nəsimi rayon məhkəməsində ölüm hadisəsi qeydə alınıb.

Son.az baku.ws-ə istinadən xəbər verir ki, 5 iyulda hakim Rəşid Səmədovun sədrliyi ilə keçən mülki məhkəmə iclasında iddiaçı - 1937-ci il təvəllüdlü Əliyev Səftər Məhərrəm oğlu məhkəmə zalında keçinib.

Mərhum qohumları - Rəna Rzayeva və onun 13 yaşlı qızı Şabanlı Nilufər Mahir qızını sahibi olduğu Nəsimi rayonu, 4-cü mikrorayon, Cavadxan küçəsi ev 29A, mənzil 7-yə olan istifadə hüquqlarına xitam verilməsilə bağlı müraciət etmişdi. Hakim Rəşid Səmədov iddiaçının ölümündən sonra onun xeyrinə qərar çıxarıb. Adıçəkilən cavabdehlərin sözügedən ünvanı tərk etmələrilə bağlı qərar qəbul edib.

Cavabdeh Rəna Rzayeva açıqlamasında məhkəmə zalında kişinin ölümünə səbəb olacaq heç bir insidentin baş vermədiyini bildirdi: "Hər ikimiz sakitcə sözümüzü dedik. Hakim ayağa qalxıb məhkəmənin müşavirəyə gedəcəyini elan edən zaman kişi yerə yıxıldı və keçindi".


Xəbərə aid fotolar