“Eurovision” təmsilçisi maşınında ölü tapıldı


Digərləri 12 İyl 2018 16:03:00 219 0

“Eurovision” təmsilçisi maşınında ölü tapıldı

"Eurovision- 2011" mahnı müsabiqəsində Makedoniyanı təmsil edən müğənni Vlatko İlievski dünyasını dəyişib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 33 yaşlı sənətçi paytaxt Skopye şəhərində avtomobilində ölü tapılıb. 

Makedoniya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ifaçının cəsədi tibbi ekspertiziyaya göndərilib, ölüm səbəbi hələlik məlum deyil.