Prokuror "Çudo Peçka”nın rəhbərinə 13 il cəza istədi


Digərləri 12 İyl 2018 16:06:26 227 0

Prokuror "Çudo Peçka”nın rəhbərinə 13 il cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində "Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində "Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Dövlət ittihamçısı Çingiz Cəlilovun 13 il azadlıqdan məhrum edilməsini istəyib. Çingiz Cəlilovun vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.