Aydın Səfixanlı: Milli təhlükəsizliyimiz təhdidlə üz-üzə qalanda hər bir vətəndaşımız bunun qarşısını almağa çalışmalıdır


Digərləri 12 İyl 2018 15:40:00 255 0

Aydın Səfixanlı: Milli təhlükəsizliyimiz təhdidlə üz-üzə qalanda hər bir vətəndaşımız bunun qarşısını almağa çalışmalıdır

Milli təhlükəsizliyimiz təhdidlə üz-üzə qalanda hər bir vətəndaşımız bunun qarşısını almağa çalışmalıdır.

Bakı. İlhamə İsabalayeva - Gəncədə baş verən son hadisələr ölkəmizdə ictimai asayişin, sabitliyin pozulmasına, milli təhlükəsizliyə və dövlətçiliyə yönələn bir qəsddir. Bunu Trend-ə Ombudsman Aparatının rəhbəri, hüquq uzrə fəlsəfə doktoru Aydın Səfixanlı deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanın əldə etdiyi uğurlar, ölkəmizin istər region, istərsə də qlobal səviyyədə həyata keçiriləcək siyasətin formalaşdırılmasında söz sahibi olması bəzi siyasi qüvvələri narahat edir və buna görə də ölkəmizə qarşı təzyiqlər edilməsinə, müxtəlif təxribatlar törədilməsinə cəhd edilir. A.Səfixanlı bildirib ki, Gəncədə baş verən hadisələrə hüquqi qiymət verilməsi məqsədilə Baş Prokurorluqda fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3, 120.2.7, 220.1, 221.3, 228.4, 315.2-ci maddələri ilə cinayət işi başlanıb, müvafiq istintaq hərəkətləri aparılmaqdadır: "Təbii ki, məsələyə yekun hüquqi qiymət istintaq hərəkətləri başa çatdırıldıqdan sonra veriləcək. Bununla yanaşı, Gəncədə baş verən hadisələrin və konkret cinayət əməllərinin obyektiv cəhətinə, yəni nəticələrinə nəzər yetirdikdə insanların həyat və sağlamlığı, ictimai təhükəsizlik, hakimiyyət əleyhinə cinayətlərin törədildiyini müşahidə etmiş oluruq. Bütün bunlar insan hüquq və azadlıqlarının müdafiəsinə, milli və dövlət təhlükəsizliyinə açıq təhdid olduğundan qarşısı dərhal qanun çərçivəsində alınmalı, cinayəti törədənlər qanunun tam ciddiyyəti ilə cəzalandırılmalıdırlar. Azərbaycan dövləti, dövlətçiliyimiz, milli təhlükəsizliyimiz və milli maraqlarımız təhdidlə üz-üzə qalanda dövlətimiz və hər bir vətəndaşımız bunun qarşısını almağa çalışmalı və prinsipial mövqe nümayiş etdirməlidir". Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib. Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar. Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin