Prokuror "ÇudoPeçka" rəhbərinə cəza istədi


Digərləri 12 İyl 2018 15:24:00 278 0

Prokuror "ÇudoPeçka" rəhbərinə cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində "Çudo Peçka" və "ÇP Aqro" MMC-nin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

İclasda prokuror çıxış edib. Dövlət ittihamçısı Çingiz Cəlilovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

"Bank Standart"ın nümayəndəsi çıxışında prokurorla razı olduğunu deyib və onara dəymiş ziyanın ödənilməsini tələb edib.

Çingiz Cəlilovun vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.