Təxribatçı blogerə Ermənistanda sığınacaq təklif olundu FOTO


Siyasət 12 İyl 2018 15:28:00 57 0

Təxribatçı blogerə Ermənistanda sığınacaq təklif olundu  FOTO

Öz sözlərinə inansaq, Azərbaycana səfəri zamanı "üzə çıxardığı" erməni kökləri olan belaruslu bloger Vlad Maqaya hədələr ünvanlanmağa başlayıb. Hər halda, YouTube-dakı videomüraciətində o belə deyir.

Son.az virtualaz-a istinadən xatırladır ki, bir neçə gün öncə Vlad Maqa Azərbaycana səfəri barədə süjet yayımlayıb. Onun videohesabatını digər bloger - işğal altında olan Qarabağa səfər etmiş Aleksandr Lapşin yayıb. Sonradan elə həmin Lapşinin mətnindən aydın oldu ki, Vlad Maqa "DQR"də də olub.

İndi Vlad Maqa hədələrdən şikayətlənir. Bu aşkar piardır. Öz hərəkətlərini tam qanunamüvafiq adlandıran bloger deyir ki, statusu müəyyənləşdirilməmiş regionda olub. Söhbət Qarabağdan gedir.

"Səfərimin məqsədi turizm idi, mən bura sülhlə gəlmişəm və insanları olduqları kimi göstərməyə çalışmışam. Amma nəyə görəsə çoxları yaxşı heç nə görmədilər, ancaq mənfilikləri üzə vurdular, halbuki mənə gecələməyə yer vermiş, yedirmiş, evlərinə aparmış insanları çəkmişəm", - Maqa deyir.

Videoçarxın hansısa ölkə tərəfindən ödənilmiş, təxribat xarakterli olması ilə bağlı iradlara isə belə cavab verir ki, o, yalnız öz kanalına işləyir (bu, Vlad Maqanın videosunu geniş təbliğ edən Ermənistan KİV-lərindən sitatdır).

Bloger daha sonra deyir: "Səfərim zamanı Azərbaycanda olduğu qədər aqressiya ilə heç bir yerdə üzləşməmişəm".

Bu aqressiya harda olub? Təkrar edək ki, Azərbaycanda blogerə gecələməyə yer verilib, onu yedirib içiriblər.

"Hesab edirəm ki, siyasətlə heç vaxt bağlı olmamış və olmayan insanın siyasi cəhətdən izlənilməsi düzgün deyil. Siyasətçilərin özlərinin belə statusu barədə razılığa gələ bilmədikləri regiona səfərə görə izlənmə düzgün və qanuni deyil (Vlad Maqanın müraciətindən sitat). Sənədlər qaydasında olduğu halda Azərbaycana səfər etmək qanunidir, amma "DQR"ə səfər etmək qanunsuzdur".

"Münaqişəyə efir vaxtının cəmi 20 saniyəsini ayırmışam, tarixi fakt göstərmişəm və bundan sonra internetdə olan tarixi filmlə onu təsbit etmişəm", - bloger deyir və unudur ki, videoçarxda öz erməni köklərini addımbaşı xatırladır. Lap zimbabveli olsun, bunu təkrarlamağa nə ehtiyac var?!

Aydın olur ki, hər şey daha sadədir. Ermənistanın İctimai radiosuna müsahibəsində Vlad Maqa qeyd edib ki, "öz ünvanına aqressiv münasibəti bununla izah edir ki, o, "erməniliyi" qəbul edib".

Və budur, sosial şəbəkə istifadəçiləri blogerin qeydinin altında yazırlar: "Vlad, Belarusa getmə! Sizin satqın siyasətçilər səni tutacaqlar..." (AntiAzer nikli istifadəçi). Daha sonra həmin istifadəçi yazır: "Bizə, Ermənistana gəl daimi yaşamağa!"

Görünür, elə həmin Ermənistandan olan digər istifadəçilər Azərbaycanı təhqir edirlər və Vlad Maqa buna etiraz etmir.

Vlad Maqa, Azərbaycana səyahət etməklə siz heç bir qanunu pozmamısınız. İranla həmsərhəd zonada sizdən sənədlərin tələb edilməsinə gəlincə, bu aydındır. Fəqət sonradan "DQR"ə Azərbaycan XİN-in razılığı olmadan səfər etməyiniz qanun pozuntusudur. Sizin Qarabağa getməyinizi Aleksandr Lapşinin özü xəbər verib. Heç özünüz də bunu gizlətmirsiniz.

Qanun hamı üçün eynidir və "mən sülh tərəfdarıyam", "dostluq tərəfdarıyam" kimi şüarların arxasında gizlənmək lazım deyil. Təxribatçı videonu yayımlayaraq, siz bir neçə gün əvvəl hansı sülh və dostluğun tərəfdarı olduğunuzu göstərdiniz.

Prokuror "ÇudoPeçka" rəhbərinə cəza istədi like
  • 12 İyl 15:24  
Digərləri Prokuror "ÇudoPeçka" rəhbərinə cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində "Çudo Peçka" və "Ç

arrow Ətraflı
Müəlimlərin işə qəbulu üzrə imtahanların TARİXİ açıqlandı like
  • 12 İyl 15:16  
Digərləri Müəlimlərin işə qəbulu üzrə imtahanların TARİXİ açıqlandı

"Azərbaycanda müəlimlərin işə qəbulu üzrə test imtahanlarının iy

arrow Ətraflı
FİFA-dan Xorvatiyaya növbəti xabərdarlıq like
  • 12 İyl 15:16  
İdman FİFA-dan Xorvatiyaya növbəti xabərdarlıq

FİFA Xorvatiya Futbol İttifaqına xəbərdarlıq edib. Goal.az xəbər verir k

arrow Ətraflı
Əxlaqsızlıqda suçlanan qadın şallaqlandı  FOTO like
  • 12 İyl 15:12  
Digərləri Əxlaqsızlıqda suçlanan qadın şallaqlandı FOTO

İndoneziyanın Açex vilayətində, Lhoksumave şəhərində yerli sakinlərdə

arrow Ətraflı
Avropa Yenidənqurma və İnkişaf Bankı Unibankdakı payını iki dəfədən çox artırıb like
  • 12 İyl 15:08  
Digərləri Avropa Yenidənqurma və İnkişaf Bankı Unibankdakı payını iki dəfədən çox artırıb

Unibankın səhmdarları siyahısında dəyişiklik olub. Bankın səhmdarların

arrow Ətraflı
Tələbələrin iştirakı ilə arxeoloji düşərgə təşkil edilib like
  • 12 İyl 15:00  
Digərləri Tələbələrin iştirakı ilə arxeoloji düşərgə təşkil edilib

Lerik rayonunun Gürdəsər qəsəbəsində ali təhsil müəssisələrinin təl

arrow Ətraflı
Puçdemon İspaniyaya təhvil veriləcək like
  • 12 İyl 14:57  
Dünya Puçdemon İspaniyaya təhvil veriləcək

Almaniya məhkəməsi dövlət vəsaitinin talan edilməsinə görə İspaniyan

arrow Ətraflı
Avropa Oyunlarından Olimpiadaya yol gedəcək like
  • 12 İyl 14:56  
İdman Avropa Oyunlarından Olimpiadaya yol gedəcək

“Minsk 2019” II Avropa Oyunlarında 4 idman növü üzr

arrow Ətraflı
Müəlimlərin işə qəbulu üzrə test imtahanlarının keçirilmə TARİXLƏRİ açıqlandı like
  • 12 İyl 14:52  
Digərləri Müəlimlərin işə qəbulu üzrə test imtahanlarının keçirilmə TARİXLƏRİ açıqlandı

Azərbaycanda müəlimlərin işə qəbulu üzrə test imtahanlarının iyul ay

arrow Ətraflı
Tələbə köçürmələrinin nəticələri bu tarixdə açıqlanacaq like
  • 12 İyl 14:47  
Digərləri Tələbə köçürmələrinin nəticələri bu tarixdə açıqlanacaq

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssis

arrow Ətraflı
Ağdamda ağır qəza: like
  • 12 İyl 14:43  
Digərləri Ağdamda ağır qəza:

Ağdamda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadis

arrow Ətraflı
Bank Respublika ipoteka portfelini 22% artırdı like
  • 12 İyl 14:41  
Digərləri Bank Respublika ipoteka portfelini 22% artırdı

Ölkədə ipotekanın inkişaf etdirilməsi hər zaman Bank Respublikanın fəal

arrow Ətraflı