Bakının əsas küçələrinin birində yol hərəkətinin təşkili dəyişdirilir


Digərləri 12 İyl 2018 15:29:58 256 0

Bakının əsas küçələrinin birində yol hərəkətinin təşkili dəyişdirilir

Heydər Əliyev və Babək prospektlərinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yerləşən yolötürücü qovşağın altında, daha dəqiq Fəzail Bayramov küçəsində yol hərəkətinin təşkili dəyişdirilir.

Bakı. Samir Əli - Heydər Əliyev və Babək prospektlərinin Yusif Səfərov küçəsi ilə kəsişməsində yerləşən yolötürücü qovşağın altında, daha dəqiq Fəzail Bayramov küçəsində yol hərəkətinin təşkili dəyişdirilir. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bununla bağlı hazırlanan layihənin icrasına başlanılıb. Layihə çərçivəsində Fəzail Bayramov küçəsində geriyədönmə yeri təşkil ediləcək ki, bunun sayəsində də sürücülərin Yusif Səfərov küçəsinə çıxış imkanı asanlaşacaq və yeni inşa edilən yolun funksionallığı artacaq.