Avropa Yenidənqurma və İnkişaf Bankı Unibankdakı payını iki dəfədən çox artırıb


Digərləri 12 İyl 2018 15:08:00 309 0

Avropa Yenidənqurma və İnkişaf Bankı Unibankdakı payını iki dəfədən çox artırıb

Unibankın səhmdarları siyahısında dəyişiklik olub. Bankın səhmdarlarından biri Avropa Yenidənqurma və İnkişaf Bankı, digər səhmdarı DEG - Almaniya İnvestisiya və İnkişaf Cəmiyyətinə məxsus olan adlı sənədsiz səs hüququ verən bütün səhmlərini alıb.

17 May 2018-ci il tarixində "Unicapital" İnvestisiya Şirkəti ASC tərəfindən rəsmiləşdirilməsi həyata keçirilmiş əqdə əsasən, Milli Depozit Mərkəzi bu səhmlərə mülkiyyət hüququnun ötürülməsini 3 İyul 2018-ci il tarixində qeydə alıb və bunun nəticəsində Avropa Yenidənqurma və İnkişaf Bankı, Bankın Nizamnamə Kapitalındakı payını 18,4865 %-dən 44,4748 %-ə qədər çatdırmaqla, 20 551 010 ədəd səhminin mülkiyyətçisinə çevrilib.