Əxlaqsızlıqda suçlanan qadın şallaqlandı FOTO


Digərləri 12 İyl 2018 15:12:00 315 0

Əxlaqsızlıqda suçlanan qadın şallaqlandı  FOTO

İndoneziyanın Açex vilayətində, Lhoksumave şəhərində yerli sakinlərdən biri, əxlaqsızlıqda və fahişəlik etməkdə suçlanan qadın şallaqlanıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, həmin qadından sonra daha bir qadın əxlaqsızlıq etməkdə suçlandığı üçün cəzalanıb. Sonda isə şəhvətkarlıq və tərbiyəsizlikdə ittiham olunan kişiyə şallaq vurulub.

Banda Açex əyalətinin əksər hissəsində Şəriət məhkəmələri fəaliyyət göstərir.

İndoneziyanın hakimiyyət dairələri, ictimai təşkilatları və hüquq müdafiəçiləri Açexdə ictimai yerlərdə insanların Şəriət qaydalarına uyğun olaraq cəzalandırılmasına son qoyulmasını tələb edirlər.