Tələbələrin iştirakı ilə arxeoloji düşərgə təşkil edilib


Digərləri 12 İyl 2018 15:00:00 345 0

Tələbələrin iştirakı ilə arxeoloji düşərgə təşkil edilib

Lerik rayonunun Gürdəsər qəsəbəsində ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə arxeoloji düşərgə təşkil edilib.

Bakı. Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə iyulun 10-dan etibarən Lerik rayonunun Gürdəsər qəsəbəsində ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə arxeoloji düşərgə təşkil edilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, iyulun 20-dək davam edəcək arxeoloji düşərgə 2012-ci ildən etibarən ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə Gənclər və İdman Nazirliyi tərəfindən gerçəkləşdirilir. Düşərgələrin keçirilməsində məqsəd - gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara Azərbaycan tarixi haqqında əyani olaraq geniş məlumat verməkdir.