Ağdamda ağır qəza:


Digərləri 12 İyl 2018 14:43:00 401 0

Ağdamda ağır qəza:

Ağdamda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Üçoğlan kəndi ərazisində baş verib.  Allahverdiyev Rövşən Xankişi oğlunun  idarə etdiyi "VAZ" 2107 markalı avtomobil qarşıdan gələn  "Hyundai" markalı avtomobillə toqquşub.

Nəticədə R.Allahverdiyev və maşında olan nəvəsi, 2008-ci il təvəllüdlü Allahverdizadə Leyla Yalçın qızı, Allahverdiyeva Klara  Əbdüləli qızı,  Axundov Şamxal Dərgah oğlu və Məmmədov Amil Mobil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.