Bank Respublika ipoteka portfelini 22% artırdı


Digərləri 12 İyl 2018 14:41:00 268 0

Bank Respublika ipoteka portfelini 22% artırdı

Ölkədə ipotekanın inkişaf etdirilməsi hər zaman Bank Respublikanın fəaliyyətinin mühüm istiqamətlərindən biri olub.

Bakı. Ölkədə ipotekanın inkişaf etdirilməsi hər zaman Bank Respublika-nın fəaliyyətinin mühüm istiqamətlərindən biri olub. Trend-in məlumatına görə, hazırda bank ipoteka kreditləşməsi sahəsində aparıcı mövqeyini qoruyub saxlayır və bu istiqaməti fəal inkişaf etdirir. 2018-ci ilin 6 ayının yekunları üzrə Bank 6 mln. manat məbləğində 71 ipoteka krediti verib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 25% çoxdur. Bununla bərabər ipoteka portfeli 22% artaraq 34 mln. manat təşkil edib. “Bu göstərici, ipoteka kreditləşməsi prosesində iştirak edən Bankın hər bir işçisinin səmərəli işinin nəticəsidir. İpoteka bank biznesinin pərakəndə seqmentində mühüm istiqamətlərdən biri sayılır.Biz müştərilərin ehtiyaclarını yaxşı bilirik və onları kreditlə ev almaq üçün ən cəlbedici şərtlərlə təmin etməyə hazırıq.İpoteka krediti müştəri ilə bank arasında uzunmüddətli qarşılıqlı əlaqələri nəzərdə tutur, buna görə də müştəriyə tariflər üzrə əlverişli şəraitlə yanaşı yüksək keyfiyyətixidmətin təklif edilməsi xüsusilə vacibdir”, – deyə bankın İdarə Heyətinin sədri Asəf Namazov qeyd edib.