Röyanın ev qiymətinə olan qarderobu


Şou-biznes 12 İyl 2018 14:23:00 301 0

Röyanın ev qiymətinə olan qarderobu

Dünya ulduzlarının qarderobu ilə bağlı hər dəfə müxtəlif yazılar rastımıza çıxır. Onların 20, 30, hətta yüz minlik geyimlərini belə təəccüblə izləyirik. Hətta bu yaxınlarda məşhur ulduz Kayli Cennerin təkcə çanta kolleksiyasının dəyərinin 1 milyon dollar olduğu açıqlanmışdı. Azərbaycanlı müğənnilərin də geyimlərinin qiyməti hər zaman maraqlı olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, son günlər əməkdar artist Röya Ayxan bahalı geyimləri və aksessuarlari ilə gündəmdən düşmür. Hər dəfə sənətçinin bir paltarının qiyməti açıqlanır. Müğənninin bahalı qarderobunun bir hissəsini təqdim edirik:

Müğənni bu libasına 8582 manat (6800 Avstraliya dolları) ödəyib. Paltar Avstaliyada yaşayan tanınmış dizayner Həcər Qala tərəfindən hazırlanıb. 

Bu paltar isə "Nueve Collection" brendinə məxsusdur.  Ruşen Denizlili imzalı libas tamamilə əl işidir.  Sənətçi geyimə sahib olmaq üçün 5167 manat (3063 dollar) ödəyib.