“Ən yaxşı oyunumuzu finalda göstərəcəyik”


İdman 12 İyl 2018 14:19:00 308 0

“Ən yaxşı oyunumuzu finalda göstərəcəyik”

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç İngiltərə millisi üzərində qələbədən sonra təəssüratlarını media nümayəndələri ilə bölüşüb. Goal.az onun fikirlərini təqdim edir. 

- 1998 – ci ildə Hajduk klubunda çıxış edirdiniz . Xorvatiya – Fransa matçını xatırlayırsınız?

- Həmin vaxt Fransada idim. Xorvatiya millisinin ilk 3 oyununu azarkeş kimi izlədim geri qayıtdım. Futbolçu idim və yeni mövsümə hazırlıqlar başlamışdı. Xorvatiyada həmin oyunu çox gözəl xatırlayırlar. Məglubiyyətimiz unudulmur və 20 ildir ki, müzakirə olunur. Şukerin vurduğu qolu indi də xatırlayıram . Amma oyun Fransa komandasının qələbəsi ilə başa çatdı. Bəlkə də, Tanrı özü bizə imkan yaradıb ki, həmin məölubiyyətin əvəzini çıxaq. Təəbii ki, biz qisas barədə düşünmürük. Sadəcə, ən yaxşı oyunumuzu finalda nümayiş etmək istəyirik

- Xorvatiyalı fanatlar komandanızı çılğınlıqla dəstəklədilər. Sizcə, finalda azarkeş dəstəyi önəmli faktordur?

- Komandamızın azarkeşlərinə minnətdaram. Onlar bizi yüksək səslə dəstəkləyirdilər. Hətta top rəqibkomandada olan da, belə fanatlarımızın dəstəyini hiss edirdik.