Misirdə avtobus yük maşını ilə toqquşdu


Dünya 12 İyl 2018 14:10:00 302 0

Misirdə avtobus yük maşını ilə toqquşdu

Misirdə Matruh-İsgəndəriyyə şossesində avtobus yük maşını ilə toqquşub.

Son.az Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində 10 nəfər həlak olub. Daha 27 nəfərin xəsarət aldığı bildirilir.

Qəzaya səbəb kimi yüksək sürət göstərilir.