Qida əlavələri ilə bağlı MƏHDUDİYYƏTLƏR tətbiq ediləcək


Digərləri 12 İyl 2018 13:58:00 291 0

Qida əlavələri ilə bağlı MƏHDUDİYYƏTLƏR tətbiq ediləcək

Bioloji fəallığa malik qida əlavələrinin tərkibinə dair tələblər müəyyənləşib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu tələblər "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nda öz əksini tapıb.

Həmin tələblərə əsasən, bioloji fəallığa malik qida əlavələrinin tərkibində Səhiyyə Nazirliyinin təsdiq etdiyi və bu Qaydanın 3.10.1-ci yarımbəndində (BFMQƏ-nin tərkibində 14 yaşdan yuxarı böyüklər üçün qidaya əlavə olunan bioloji fəal maddələrin gündəlik istehlak miqdarı və enerji dəyəri göstərilməklə siyahısı) nəzərdə tutulmuş siyahıya uyğun bioloji fəal maddələr və qida komponentləri istifadə edilməlidir.

Bioloji fəallığa malik qida əlavələrinin hazırlanmasında istifadə olunan komponentlər insanın həyat və sağlamlığına zərərli təsir göstərməməlidir.

Bioloji fəallığa malik qida əlavələrinin istehsalında genetik modifikasiya olunmuş məhsullardan, nanomateriallardan, hormonlardan, pestisidlərdən, həmçinin narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarından, güclü təsir edən və zəhərli maddələrdən və Beynəlxalq Anti-Dopinq Agentliyinin qüvvədə olan siyahısı ilə müəyyən olunan dopinq maddələrindən istifadə edilməsi qadağandır.