“ İndi bütün ən narahat yer İngiltərə millisinin soyunub – geyinmə otağıdır”


İdman 12 İyl 2018 13:41:00 315 0

“ İndi bütün  ən narahat yer İngiltərə millisinin soyunub – geyinmə otağıdır”

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt DÇ – nin yarımfinalında Xorvatiya (1:2) ilə oyunu təhlil edib.Goal.az baş məşqçinin fikirlərini təqdim edir.

- Komandanız birinci hissədə yaxşı qynadı...

- Birinci hissəni əla keçirdik. Oyuna və topa nəzarət edirdik. Ələ düşən qol vəziyyətlərindən yararlanmaq lazım idi. Bunu bacarmadıq. İkinci hissədə xopvatların təzyiqi ilə üzləşdik. Ekstrataymlarda oyun bərabər səviyyədə keçdi. Amma xorvatların güclü oyunçuları var və öz şanslarından istifadə etdilər. Biz onların təzyiqinə cavab verə bilmədik. Xorvatiya millisinə uğur arzulayıram. Onlar mundialda inanılmaz dərəcədə gözəl oyun nümayiş etdirdilər və finala çıxdılar. Biz indi məğlubiyyətin acısını yaşayırıq. Etiraf edim ki, nəticənin belə olacağını gözləmirdik. Birinci hissədə yaxşı oynayırsansa, qol imkanlarından istifadə etməlisən. Bir daha qeyd edirəm ki, biz bu gözəl fürsəti əldən verdik. İndi bütün əsəblərin gərildiyi, ən narahat yer İngiltərə millisinin soyunub – geyinmə otağıdır

- Komandanızı daha bir oyun gözləyir. Həmin matçın sizin üçün əhəmiyyəti varmı?Ehtiyatda olanları oynatmağı düşünmürsünüz ki?

- Düzünü desəm, bu, heç kimin ürəyincə olmayan bir qarşılaşmadır. Hər dəfə meydana çıxanda qələbə barədə düşünürsən. Amma komandamı üçüncü yer uğrunda mübarizəyə hazırlamaq çox çətin olacaq.