Bank of Bakunun Cashin və İnternet Bankçılıq xidmətində 1000 USDdək Təcili Pul Köçürmələri!


Digərləri 12 İyl 2018 13:26:00 385 0

Bank of Bakunun Cashin və İnternet Bankçılıq xidmətində 1000 USDdək Təcili Pul Köçürmələri!

Ölkənin bank sektoruna gətirdiyi yenilikləri ilə "İLKLƏRİN BANKI" ünvanının sahibi Bank of Baku, ötən il Təcili Pul Köçürmələri sahəsində bir ilkə imza ataraq, ödəniş terminalları və İnternet Bankçılıq vasitəsilə 24/7 rejimində Contact Təcili Pul köçürmələri sistemindən istifadə imkanını yaratmışdı.

Müştərilərinə evdən çıxmadan, əlavə vaxt itirmədən və növbə gözləmədən Təcili Pul köçürmə sistemindən istifadə imkanını təqdim edən Bank, indi xaricə pul köçürmə üzrə gündəlik limit məbləğini 1.000 USD-dək (AZN ekv.) artırıb. Bu da filial daxilində fiziki şəxsin köçürə biləcəyi gündəlik limit məbləğinə bərabərdir.

Bankın ödəniş terminalları vasitəsilə xaricə pul köçürmək istəyən müştərilər, istər bankın filialları daxilində, istərsə də filialdan kənar ödəniş terminallarına yaxınlaşaraq pul köçürmə əməliyyatlarını həyata keçirə bilərlər.

Bunun üçün, 

- Bankın ödəniş terminalından Təcili Pul Köçürmə bölməsini seçib,

- Müştəri kodunu daxil etmək;

- Mobil nömrəyə SMS-lə göndərilmiş birdəfəlik şifrəni yığmaq;

- Vəsaitin göndəriləcəyi ölkəni seçmək;

- Alacaq şəxsin ad-soyad, mobil telefonunu qeyd etmək;

- Əməliyyatı təsdiq etmək kifayətdir.