Yaşı 14-dək olan uşaqlar üçün qida əlavələri ilə bağlı MƏHDUDİYYƏTLƏR tətbiq ediləcək


Digərləri 12 İyl 2018 13:26:00 287 0

Yaşı 14-dək olan uşaqlar üçün qida əlavələri ilə bağlı MƏHDUDİYYƏTLƏR tətbiq ediləcək

Bioloji fəallığa malik qida əlavələrinin tərkibinə dair tələblər müəyyənləşib.

Bakı. İlhamə İsabalayeva – Bioloji fəallığa malik qida əlavələrinin tərkibinə dair tələblər müəyyənləşib. Trend-in məlumatına görə, bu tələblər “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”nda öz əksini tapıb. Həmin tələblərə əsasən, bioloji fəallığa malik qida əlavələrinin tərkibində Səhiyyə Nazirliyinin təsdiq etdiyi və bu Qaydanın 3.10.1-ci yarımbəndində (BFMQƏ-nin tərkibində 14 yaşdan yuxarı böyüklər üçün qidaya əlavə olunan bioloji fəal maddələrin gündəlik istehlak miqdarı və enerji dəyəri göstərilməklə siyahısı) nəzərdə tutulmuş siyahıya uyğun bioloji fəal maddələr və qida komponentləri istifadə edilməlidir. Bioloji fəallığa malik qida əlavələrinin hazırlanmasında istifadə olunan komponentlər insanın həyat və sağlamlığına zərərli təsir göstərməməlidir.