SORĞU: Bakıda qadınların 7,9%-i, kişilərin isə 5,5%-i marketə gedərkən özləri ilə çanta aparır


Digərləri 12 İyl 2018 12:49:00 255 0

SORĞU: Bakıda qadınların 7,9%-i, kişilərin isə 5,5%-i marketə gedərkən özləri ilə çanta aparır

Bakıda qadınların 7,9%-i, kişilərin isə 5,5%-i marketə gedərkən özləri ilə çanta aparır.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Gənclər şurasının üzvləri və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədri tərəfindən Bakı şəhərinin müxtəlif rayonları üzrə əhali arasında, o cümlədən AMEA-nın elmi işçiləri ilə polietilen paketlərin istifadəsinə dair sorğu keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, sorğunun nəticələrinə əsasən qadınların cəmi 7,9%-i, kişilərin isə 5,5%-i marketə gedərkən özləri ilə çanta aparır. Yaş qrupu 36-dan yuxarı olan respondentlər arasında çantadan istifadə edənlərin sayı digər yaş qrupları ilə müqayisədə bir qədər çoxdur. Bu da sovet dönəmində mağazaya gedərkən toxunma çantalardan istifadənin o dövrün insanlarında artıq vərdiş halını almasını göstərir. Keçirilən sorğuya əsasən demək olar ki, əhali yetərincə plastik qablaşdırmanın və ya polietilen məhsulların ətraf mühitə təsiri barədə məlumatlıdır. Qadınlardan 90,6%, kişilərdən 91,8%-nin bu barədə məlumatı var, respondentlər arasında gənc və yaşlı nəslin nümayəndələri xüsusilə bu barədə geniş informasiyaya sahibdirlər. Sorğuya əsasən qadınların 88,2%-i, kişilərin isə 90,4%-i eyni məhsulun kağız və ya şüşə qablaşdırmada olmasının tərəfdarıdır.