Rayonlarda leysan yağışlar yağacaq, daşqın ehtimalı var - XƏBƏRDARLIQ


Digərləri 12 İyl 2018 12:57:00 229 0

Rayonlarda leysan yağışlar yağacaq, daşqın ehtimalı var - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Departamentdən Trend-ə daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 13-ü səhərdən 14-ü gündüzədək şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə aşağı enəcək.