Ölkədə 240 min it peyvənd olunub


Digərləri 12 İyl 2018 12:20:00 93 0

Ölkədə 240 min it peyvənd olunub

Bu il yanvarın əvvəllərindən etibarən ölkə ərazisində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq sahibli itlərin quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbirlərinə start verilib.

KTN-dən Son.az-a verilən məlumata görə, bu ilin 6 ayı ərzində quduzluq xəstəliyinə qarşı 240644 baş it (o cümlədən 1900 baş sahibsiz it) peyvənd olunub. Dövlət Baytarlıq Xidməti sahibli itlərin quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbirlərini artıq başa çatdırıb.

Qeyd edək ki, quduzluq xəstəliyi bütün növ heyvan və insanların mərkəzi sinir sisteminin ağır zədələnməsi ilə səciyyələnən iti gedişli, xüsusi təhlükəli, virus mənşəli xəstəlikdir.

Quduzluq xəstəliyinin törədicisi orqanizmə ən çox dişləmə vasitəsilə daxil olur və yara nə qədər böyük və baş beyinə yaxındısa, yoluxma ehtimalı da o qədər tez baş verir. Xəstəliyin inkubasiya dövrü orta hesabla 3 həftədən 3 aya, bəzən isə 8 gündən 3 ilə qədər davam edə bilər. İtlərdə xəstəliyin 5 forması - coşğun, sakit, atipik, abortiv və qayıdan formaları aşkar edilib.

Xəstəliyin coşğunluq formasında xəstəlik 12 saatdan 3 günə qədər davam edir. Bu dövrdə it öz sahibinə daha çox mehribanlıq göstərir, bəzən isə hissiyyatsız olur, qaranlıq küncdə uzun müddət sakit durur, artıq bu dövrdə itin ağız suyunda virus əmələ gəlmiş olur. Sonra tədricən narahatlıq başlayır. İt səbəbsiz olaraq bir yerdən digər yerə qaçır, toxunma və səsdən qorxur. Tədricən udma aktı çətinləşir, ağızdan selik axır, sidik və nəcis ixracı çətinləşir. Bundan sonra itdə oyanıqlıq müşahidə olunur. İt müxtəlif yad cisimləri gəmirir və udur. Bəzən yoluxmuş heyvanlar səbəbsiz uzun məsafələrə qaçır, bu zaman heç bir maneəyə məhəl qoymur.

İt həddən artıq aqressivləşir, hər şeyə hücum edir. O hürmədən insan və heyvanlara hücum edərək onları dişləyir. Qəfəsdə olan zaman dəmir və taxtaları gəmirir, dişlərinin qırılması və dilinin zədələnməsini hiss etmir. Sonra sinir tutmaları yaranır, gövdə üzərində müxtəlif qrup əzələlərin iflici inkişaf edir. Bu dövrdə çəpgözlülük, alt çənənin aşağı sallanması, dilin xaricə çıxması müşahidə edilir. İtlərdə çeynəmə və udma aktı tamamilə pozulur, hürmə xırıltılı olur. Bu mərhələ 3-4 gün davam edir, sonra paralitik mərhələyə keçir. Bu dövrdə iflic artır, heyvan tez- tez komatoz vəziyyətə düşür və tələf olur.

Əvvəllər xəstəlik vəhşi heyvanlarda daha çox müşahidə edildiyinə görə buna "meşə quduzluğu" adı verilib. Sonralar xəstəlik şəhərlərdə də qeyd olunmuş və müharibə ilə əlaqədar olaraq yeni quduzluq sahələri yaranıb. Heyvanlar xəstəliyi insana və ev heyvanlarına keçirir. Xəstəliyə daha çox it ailəsinə mənsub olan vəhşi heyvanlar (tülkü, canavar, çaqqal) yarasalar, gəmiricilər və pişiklər həssaslıq göstərir.

Profilaktik məqsədlə hər il planlı qaydada it və pişiklərə antirabik vaksinlə peyvənd aparılmalıdır. Ölkəmizdə hər il quduzluq xəstəliyinə qarşı qeydiyyatda olan 3 aylıqdan yuxarı itlərə "biokan" adlı vaksin tətbiq edilir.

Samuxda baş verən yanğının söndürülməsinə təyyarə və helikopter cəlb olunub like
  • 12 İyl 12:16  
Digərləri Samuxda baş verən yanğının söndürülməsinə təyyarə və helikopter cəlb olunub

Yanğın nəticəsində 230 ha sahədə sıx kollar və qamışlıq yanıb.

arrow Ətraflı
İnstagram üçün şəkil çəkdirəndə köpək balığı dişlədi like
  • 12 İyl 12:16  
Digərləri İnstagram üçün şəkil çəkdirəndə köpək balığı dişlədi

Kaliforniyalı model Katarina Zarutskie sevgilisi və onun ailəsi ilə birlik

arrow Ətraflı
"Bakıdakı qəzada 19 nəfər xəsarət alıb" like
  • 12 İyl 12:12  
Digərləri "Bakıdakı qəzada 19 nəfər xəsarət alıb"

Bakının Qaradağ rayonunda yük maşınının sərnişin avtobusu ilə toqquş

arrow Ətraflı
Xalçaçılıq üzrə növbəti tədris-hazırlıq kurslarına başlanılıb (FOTO) like
  • 12 İyl 12:11  
Digərləri Xalçaçılıq üzrə növbəti tədris-hazırlıq kurslarına başlanılıb (FOTO)

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin respublikamızın bölgələrin

arrow Ətraflı
Bakı Ali Neft Məktəbində nazirliklə birgə təqdimat keçirilib  FOTO like
  • 12 İyl 12:04  
Digərləri Bakı Ali Neft Məktəbində nazirliklə birgə təqdimat keçirilib FOTO

İyulun 11-də Bakı Ali Neft Məktəbində (BANM) Əmək və Əhalinin Sosial M

arrow Ətraflı
İrandan Azərbaycana psixotrop maddə keçirilməsinin qarşısı alınıb like
  • 12 İyl 12:02  
Digərləri İrandan Azərbaycana psixotrop maddə keçirilməsinin qarşısı alınıb

Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan piyada gələn Az

arrow Ətraflı
Adnan Oktarın 9 "kediciy"i villada 13 oğlanla tutuldu  FOTO like
  • 12 İyl 12:00  
Dünya Adnan Oktarın 9 "kediciy"i villada 13 oğlanla tutuldu FOTO

Adnan Oktar və qrupuna qarşı 4 rayon və 120 ünvanda aparılan əməliyy

arrow Ətraflı
Nazir: "Onların yardımla təminatı dayandırılacaq" like
  • 12 İyl 11:52  
Digərləri Nazir: "Onların yardımla təminatı dayandırılacaq"

Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi, mövcud o

arrow Ətraflı
Bakıda ölümlə nəticələnən avtobus qəzası ilə bağlı CİNAYƏT İŞİ başlandı like
  • 12 İyl 11:48  
Digərləri Bakıda ölümlə nəticələnən avtobus qəzası ilə bağlı CİNAYƏT İŞİ başlandı

Bakının Qaradağ rayonunda yük maşınının sərnişin avtobusuyla toqquşma

arrow Ətraflı
Ronaldonun Juventus formalarına tələbat böyükdür like
  • 12 İyl 11:46  
İdman Ronaldonun Juventus formalarına tələbat böyükdür

Juventus yeni transferi Kriştianu Ronaldonun hər dəqiqədə bir futbolka

arrow Ətraflı
Qız məktəbə büsqalterdə getdi, şəhərdə qalmaqal qopdu  FOTO like
  • 12 İyl 11:44  
Digərləri Qız məktəbə büsqalterdə getdi, şəhərdə qalmaqal qopdu FOTO

İngiltərənin Liverpul şəhərində qəribə olay yaşanıb.

arrow Ətraflı
Röyanın bu qolbağı bir ev qiymətinədir like
  • 12 İyl 11:36  
Şou-biznes Röyanın bu qolbağı bir ev qiymətinədir

Əməkdar artist Röya Ayxan bu dəfə bahalı aksessuarları ilə gündəmə g

arrow Ətraflı