Deputat: Azərbaycanın müstəqil siyasət yürütməsini həzm edə bilməyənlər ölkədə qarışıqlıq yaratmaq istəyirlər


Digərləri 12 İyl 2018 12:23:27 52 0

Deputat: Azərbaycanın müstəqil siyasət yürütməsini həzm edə bilməyənlər ölkədə qarışıqlıq yaratmaq istəyirlər

Azərbaycanın müstəqil siyasət yürütməsini həzm edə bilməyənlər ölkədə qarışıqlıq yaratmaq istəyirlər.

Bakı. İlhamə İsabalayeva – "Gəncədə baş verən hadisələri, onu törədənlərin əməllərini kəskin şəkildə pisləyirəm. Bu əməlləri törədənlər tez bir zamanda qanun qarşısında cavab verməlidirlər". Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Onun sözlərinə görə, Gəncədə iğtişaş törədənlərin hərəkətləri ikiqat cinayətdir, çünki onlar birbaşa Azərbaycan dövlətçiliyinin maraqlarına zidd mövqe nümayiş etdiriblər. Bütün bunların Azərbaycanda sabitliyə qarşı yönəlmiş hərəkətlər olduğunu nəzərə çatdıran deputat qeyd edib ki, Gəncədə baş verən hadisələr təsadüfi deyil. A.Hüseynov bildirib ki, Azərbaycanın nailiyyətləri artıqca ölkəmizin müstəqil siyasət yürütməsini gözü götürməyənlər, onu həzm edə bilməyənlər, eyni zamanda Ermənistan, erməni diasporu və onun havadarları Azərbaycanın nailiyyətlərinə kölgə salaraq ölkəmizdə qarışıqlıq yaratmaq istəyirlər: “Çox təəssüf ki, vaxtilə Azərbaycanda cinayət törədən, Azərbaycanın milli dövlətçilik maraqlarına zidd mövqedə olub, bu gün isə gedib xaricdə künc-bucaqlarda gizlənənlər də bu tora düşüblər və gəncləri din pərdəsi altında bu kimi hallara təhrik edirlər. Ancaq Azərbaycan polisi bu hadisələrdə də öz peşəkarlığını, eyni zamanda humanistliyini göstərdi və hüquq-mühafizə orqanları dövlətçiliyə sədaqətini nümayiş etdirərək qısa müddətdə o iğtişaşların qarşısını aldı". Millət vəkili deyib ki, Azərbaycan xalqı bütün bu hadisələri pisləyərək cinayətkarların cəzalandırılmasını istəyir və bunun belə olacağına inanır. Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib. Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar. Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Ölkədə 240 min it peyvənd olunub like
  • 12 İyl 12:20  
Digərləri Ölkədə 240 min it peyvənd olunub

Bu il yanvarın əvvəllərindən etibarən ölkə ərazisində Kənd Təsərrü

arrow Ətraflı
Samuxda baş verən yanğının söndürülməsinə təyyarə və helikopter cəlb olunub like
  • 12 İyl 12:16  
Digərləri Samuxda baş verən yanğının söndürülməsinə təyyarə və helikopter cəlb olunub

Yanğın nəticəsində 230 ha sahədə sıx kollar və qamışlıq yanıb.

arrow Ətraflı
İnstagram üçün şəkil çəkdirəndə köpək balığı dişlədi like
  • 12 İyl 12:16  
Digərləri İnstagram üçün şəkil çəkdirəndə köpək balığı dişlədi

Kaliforniyalı model Katarina Zarutskie sevgilisi və onun ailəsi ilə birlik

arrow Ətraflı
"Bakıdakı qəzada 19 nəfər xəsarət alıb" like
  • 12 İyl 12:12  
Digərləri "Bakıdakı qəzada 19 nəfər xəsarət alıb"

Bakının Qaradağ rayonunda yük maşınının sərnişin avtobusu ilə toqquş

arrow Ətraflı
Xalçaçılıq üzrə növbəti tədris-hazırlıq kurslarına başlanılıb (FOTO) like
  • 12 İyl 12:11  
Digərləri Xalçaçılıq üzrə növbəti tədris-hazırlıq kurslarına başlanılıb (FOTO)

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin respublikamızın bölgələrin

arrow Ətraflı
Bakı Ali Neft Məktəbində nazirliklə birgə təqdimat keçirilib  FOTO like
  • 12 İyl 12:04  
Digərləri Bakı Ali Neft Məktəbində nazirliklə birgə təqdimat keçirilib FOTO

İyulun 11-də Bakı Ali Neft Məktəbində (BANM) Əmək və Əhalinin Sosial M

arrow Ətraflı
İrandan Azərbaycana psixotrop maddə keçirilməsinin qarşısı alınıb like
  • 12 İyl 12:02  
Digərləri İrandan Azərbaycana psixotrop maddə keçirilməsinin qarşısı alınıb

Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan piyada gələn Az

arrow Ətraflı
Adnan Oktarın 9 "kediciy"i villada 13 oğlanla tutuldu  FOTO like
  • 12 İyl 12:00  
Dünya Adnan Oktarın 9 "kediciy"i villada 13 oğlanla tutuldu FOTO

Adnan Oktar və qrupuna qarşı 4 rayon və 120 ünvanda aparılan əməliyy

arrow Ətraflı
Nazir: "Onların yardımla təminatı dayandırılacaq" like
  • 12 İyl 11:52  
Digərləri Nazir: "Onların yardımla təminatı dayandırılacaq"

Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi, mövcud o

arrow Ətraflı
Bakıda ölümlə nəticələnən avtobus qəzası ilə bağlı CİNAYƏT İŞİ başlandı like
  • 12 İyl 11:48  
Digərləri Bakıda ölümlə nəticələnən avtobus qəzası ilə bağlı CİNAYƏT İŞİ başlandı

Bakının Qaradağ rayonunda yük maşınının sərnişin avtobusuyla toqquşma

arrow Ətraflı
Ronaldonun Juventus formalarına tələbat böyükdür like
  • 12 İyl 11:46  
İdman Ronaldonun Juventus formalarına tələbat böyükdür

Juventus yeni transferi Kriştianu Ronaldonun hər dəqiqədə bir futbolka

arrow Ətraflı
Qız məktəbə büsqalterdə getdi, şəhərdə qalmaqal qopdu  FOTO like
  • 12 İyl 11:44  
Digərləri Qız məktəbə büsqalterdə getdi, şəhərdə qalmaqal qopdu FOTO

İngiltərənin Liverpul şəhərində qəribə olay yaşanıb.

arrow Ətraflı