Xalçaçılıq üzrə növbəti tədris-hazırlıq kurslarına başlanılıb (FOTO)
Digərləri 12 İyl 2018 12:11:08 256 0
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin respublikamızın bölgələrində yaratdığı filiallar fəaliyyətə başlamamışdan əvvəl xalçaçılıq üzrə tədris-hazırlıq kursları təşkil olunur.
Bakı.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin respublikamızın bölgələrində yaratdığı filiallar fəaliyyətə başlamamışdan əvvəl xalçaçılıq üzrə tədris-hazırlıq kursları təşkil olunur.
ASC-dən Trend-ə verilən məlumata görə, cəmiyyətin 2016-2017-ci illərdə yaradılan filiallarında çalışan toxucular bu kurslarda xalçaçılığın sirlərinə yiyələniblər.
Qeyd olunan dövrdə tədris-hazırlıq kurslarına 1500 nəfər cəlb olunub.
“Azərxalça” 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan daha 10 filialında çalışacaq toxucular üçün də tədris-hazırlıq kursları təşkil edib.
İyulun 11-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, professor Vidadi Muradov Abşeron rayonunun Qobu qəsəbəsində təşkil olunan tədris-hazırlıq kursuna cəlb edilən qadınlarla görüşüb.
Mənbə: az.trend.az