Nazir: "Onların yardımla təminatı dayandırılacaq"


Digərləri 12 İyl 2018 11:52:00 88 0

Nazir: "Onların yardımla təminatı dayandırılacaq"

Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi, mövcud olan neqativ halların qarşısının alınması, qərar qəbul etmə prosesində şəffaflığın artırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafq əmri ilə bu ilin 30 aprel tarixində yaradılmış İşçi Qrupun növbəti iclası olub.

Son.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, sosial təminat sisteminin gücləndirilməsi Prezident cənab İlham Əliyevin sosial siyasətinin əsas xəttini təşkil edir və bu istiqamətdə mühüm addımlar atılır. Eyni zamanda, dövlət başçımızın nazirlik qarşısında müəyyən etdiyi əsas vəzifələrdən biri bu sahədə şəffaflığın, ünvanlılığın tam təmin edilməsidir. Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da cənab Prezident sosial təminat sahəsində buraxılmış səhvlərin, pozuntuların tam aradan qaldırılmasını, sosial ədalətin tam bərqərar olmasını və şəffaflığın tam təmin edilməsini tapşırıb.

S.Babayev qeyd edib ki, qanunsuz şəkildə sosial yardım alan ailələrin müəyyən olunaraq onların yardımla təminatının dayandırılması, eyni zamanda, sosial yardıma ehtiyacı olan, lakin bu yardımı ala bilməyən ailələrin sosial yardıma əlçatanlığının təmin edilməsi üçün hazırda nazirlik tərəfindən konkret işlər aparılır. Ünvanlı dövlət sosial yardımı üzrə yaradılmış İşçi Qrupu tərəfindən mövcud vəziyyət araşdırılaraq qısa müddətli dövr üzrə bir sıra vacib addımlar atılıb. Belə ki, ailələrin sosial yardım almaq hüququna baxılması üçün müraciət edərkən bəzi hallarda "sövdələşmə"lər, sosial yardım üçün elektron qaydada müraciətin edilməsində köməkliyə görə qeyri-qanuni ödəmə tələb edən işbazların olması kimi hallar ünvanlı dövlət sosial yardım mexanizminə neqativ təsir edib. Bu hallar, habelə sosial yardım almaq hüququna baxılması üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin şöbələrin əməkdaşları tərəfindən müayinəsində ünvanlılıq, ədalətlilik prinsiplərinin və şəffaflığın pozulması, subyektiv yanaşmaların özünü göstərməsi sosial yardım sistemi ilə bağlı vətəndaşlar arasında haqlı narazılığa səbəb olub. Son iki ayda aparılan araşdırmalar zamanı fəaliyyətlərində ciddi nöqsanlara yol verdiyi müəyyən olunan DSMF-nin 11 rayon şöbəsinin rəhbəri işdən azad edilib.

Nazir bildirib ki, aztəminatlı ailələrin müəyyən edilməsi prosesinin daha şəffaf, keyfiyyətli şəkildə həyata keçirilməsi üçün ilkin addım kimi maddi-məişət şəraitinin müayinəsi DSMF-nin yerli şöbələrinin rəhbər şəxslərinə, şəxsi məsuliyyət prinsipi üzrə və müayinə nəticələrinin e-imza ilə təsdiq edilməsi şərti ilə həyata keçirilməsi tapşırılıb.

Hazırda 54 min ailənin (213 min nəfər ailə üzvü) ünvanlı sosial yardımla təmin edildiyini qeyd edən S.Babayev diqqətə çatdırıb ki, hər ailəyə orta hesabla ayda 178 manat sosial yardım ödənilir.


Xəbərə aid fotolar

Bakıda ölümlə nəticələnən avtobus qəzası ilə bağlı CİNAYƏT İŞİ başlandı like
  • 12 İyl 11:48  
Digərləri Bakıda ölümlə nəticələnən avtobus qəzası ilə bağlı CİNAYƏT İŞİ başlandı

Bakının Qaradağ rayonunda yük maşınının sərnişin avtobusuyla toqquşma

arrow Ətraflı
Ronaldonun Juventus formalarına tələbat böyükdür like
  • 12 İyl 11:46  
İdman Ronaldonun Juventus formalarına tələbat böyükdür

Juventus yeni transferi Kriştianu Ronaldonun hər dəqiqədə bir futbolka

arrow Ətraflı
Qız məktəbə büsqalterdə getdi, şəhərdə qalmaqal qopdu  FOTO like
  • 12 İyl 11:44  
Digərləri Qız məktəbə büsqalterdə getdi, şəhərdə qalmaqal qopdu FOTO

İngiltərənin Liverpul şəhərində qəribə olay yaşanıb.

arrow Ətraflı
Röyanın bu qolbağı bir ev qiymətinədir like
  • 12 İyl 11:36  
Şou-biznes Röyanın bu qolbağı bir ev qiymətinədir

Əməkdar artist Röya Ayxan bu dəfə bahalı aksessuarları ilə gündəmə g

arrow Ətraflı
Azərbaycanda benzin istehsalı nə vaxt bərpa olunacaq? like
  • 12 İyl 11:32  
Digərləri Azərbaycanda benzin istehsalı nə vaxt bərpa olunacaq?

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) katalitik-krekinq qur

arrow Ətraflı
Türkiyədə fövqəladə vəziyyət ləğv olunur - İyulun 17-də like
  • 12 İyl 11:28  
Digərləri Türkiyədə fövqəladə vəziyyət ləğv olunur - İyulun 17-də

Türkiyədə davam edən fövqəladə vəziyyət rejimi iyulun 17-i ləğv oluna

arrow Ətraflı
Qarabağ-ın sayəsində 1 pillə irəliləyiş like
  • 12 İyl 11:27  
İdman Qarabağ-ın sayəsində 1 pillə irəliləyiş

UEFA Çempionlar Liqasının və Avropa Liqasının 1-ci təsnifat mərhə

arrow Ətraflı
"Oktar qadınlarla cinsi əlaqədə ola bilmirdi, eyni şeyi edirdi"  "Kedicik"dən like
  • 12 İyl 11:24  
Dünya "Oktar qadınlarla cinsi əlaqədə ola bilmirdi, eyni şeyi edirdi" "Kedicik"dən

Adnan Oktar qrupundan 2017-ci ildə ayrılan və "keçmiş kedicik"

arrow Ətraflı
Londondan uçan təyyarə Bakıda məcburi eniş etdi like
  • 12 İyl 11:20  
Digərləri Londondan uçan təyyarə Bakıda məcburi eniş etdi

British Airways aviaşirkətinə məxsus hava gəmisinin komandirinin təyyarən

arrow Ətraflı
Azərbaycanda avtomobil benzininin istehsalı yaxın saatlarda bərpa olunacaq (ÖZƏL) like
  • 12 İyl 11:20  
Digərləri Azərbaycanda avtomobil benzininin istehsalı yaxın saatlarda bərpa olunacaq (ÖZƏL)

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) katalitik-krekinq qur

arrow Ətraflı
"Onlar radikallaşdıqca bu cəmiyyət öz Prezidentinə daha çox sığınacaq" like
  • 12 İyl 11:16  
Digərləri "Onlar radikallaşdıqca bu cəmiyyət öz Prezidentinə daha çox sığınacaq"

"2001 və 2015-ci illərdə xalqımıza çox yaxşı məlum olan planlarla

arrow Ətraflı