Ronaldonun Juventus formalarına tələbat böyükdür


İdman 12 İyl 2018 11:46:00 299 0

Ronaldonun Juventus formalarına tələbat böyükdür

Juventus yeni transferi Kriştianu Ronaldonun hər dəqiqədə bir futbolkasını satır. Goal.az tələblərin xeyli çox olması üzündən klubun internet-maqazini işini dayandırıb. Juventus atributlarının rəsmi satış nöqtələrində isə növbələr çoxalıb. Bir futbolkanın qiyməti orta hesabla 100 avrodur. Klub ən azı 1 milyon forma satmaq niyyətindədir.  Kriştianu Ronaldonun İspaniya Real Madrid-indən Juventus-a transferi iyulun 10-da açıqlanıb. Transfer məbləği 100 milyon avro olub. Bu vəsaiti "qoca senyora" 3 il ərzində ödəməlidir. Oyunçunun illik əmək haqqı isə 30 milyon avrodur.