Bakıda ölümlə nəticələnən avtobus qəzası ilə bağlı CİNAYƏT İŞİ başlandı


Digərləri 12 İyl 2018 11:48:00 257 0

Bakıda ölümlə nəticələnən avtobus qəzası ilə bağlı CİNAYƏT İŞİ başlandı

Bakının Qaradağ rayonunda yük maşınının sərnişin avtobusuyla toqquşması faktı ilə bağlı cinayət işi başlanıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev məlumat verib.

Qurum rəsmisi bildirib ki, faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunda ağır yol qəzası baş verib.