Beşiktaş-da köhnə tanışlar


İdman 12 İyl 2018 11:08:00 314 0

Beşiktaş-da köhnə tanışlar

Beşiktaş-ın baş məşqçisi Şenol Güneşin daha iki köməkçisi müəyyənləşib. Goal.az xəbər verir ki, onların hər ikisi vaxtilə "qara qartallar"ın uğurları üçün çalışıb. Söhbət ispaniyalı Quti Hernandeslə Türkiyə millisinin sabiq hücumçusu İlhan Mansızdan gedir. Beşiktaş-ın sosial şəbəkə hesablarında onların işə başladıqlarına dair məlumat və birgə fotoları yayılıb. Hazırda Avstriyada təlim-məşq toplanışında olan komandanın düşərgəsinə qoşulan gənc mütəxəssislər bundan sonra “qara qartal”a məşqçi kimi xidmət göstərəcəklər.

İlhan Mansız 2001-2004-cü illər aralığında, Quti isə 2010/11 mövsümündə Beşiktaş-ın formasını geyinib.