"Onlar radikallaşdıqca bu cəmiyyət öz Prezidentinə daha çox sığınacaq"
Digərləri 12 İyl 2018 11:16:00 109 0
"2001 və 2015-ci illərdə xalqımıza çox yaxşı məlum olan planlarla Nardaranda baş qaldıraraq sonda məhv edilən radikal qruplaşmaların hələ də yaşayan uzantıları Gəncədə üzə çıxdılar. Əvvəlcə şəhərin başçısına sui-qəsd təşkil etdilər, bir neçə gündən sonra isə İcra Hakimiyyətinin qarşısına yenidən toplanaraq iki polis zabitinin qətli ilə nəticələnmiş igtişaş törətdilər".
Bu xəbəri də oxu: Plastik əməliyyatı etiraf etdi FOTO
Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
A.Quliyev qeyd edib ki, sinxron qaydada bir ağır cinayətdən digərinə keçid formasında özünü göstərən hadisələr ortada təhlükəli və hazırlanmış ciddi bir planın olduğunu aşkarlayır:
"Əgər məqsəd şəxsi qisas zəminində "Elmarla haqq-hesab çürütmək"dən ibarət olsaydı, bu məmuru yaralayandan sonra təkrar İcra Hakimiyyətinin qarşısına toplanmaga ehtiyac qalmazdı. Demək, ortada maddələri bir-birinə bağlı və ardıcıl icrası nəzərdə tutulmuş plan var. Həssas dini şüarlara və sosial problemlərə söykənmiş çağırışlarla daha çox insanı cəlb etməklə iğtişaşı kütləviləşdirmək, əhalini iki polisin ardınca silsilə məmur qətllərinə həvəsləndirmək, hüquq mühafizəçilərini canları ilə qorxudaraq öz vəzifə borclarının icrasından çəkindirmək, beləliklə də şəhərdə idarəolunmaz bir vəziyyət görüntüsü yaratmaqla ssenarini ölkənin başqa regionlarına və ilk növbədə Gəncə ilə qonşu bölgələrə transfer etmək... Planın sonrakı maddələrini ehtimal etmək üçün xüsusi dahiliyə ehtiyac yoxdur: az-çox tanınmış və bəlli dini mərkəzlərdən idarə olunan bəzi din xadimlərini radikal ekstremist dini "maydan"ın lideri qismində bəzəyib ortaya çıxarmaq və bəlli mərkəzlərdən alınan təlimatlar əsasında ölkəni İŞİDsayağı xilafətin zülmətinə sürükləmək. Güman ki, bu ssenari barədə dediklərimiz "Gəncədə doğrudanmı iki-üç nəfər çəlimsiz terrorçunun üzərində belə dərinə hədəflənmiş planlar qurulmuşdu" deyib də təhlükənin miqyasına şübhə edənlər nə qədər səthi düşündüklərinin fərqinə varacaqlar".
Dövlət strukturları üçün lisenziyalı proqram təminatının alınması ha

Ünvanlı dövlət sosial yardımı üzrə aparılan ilkin araşdırmaların nə

Beynəlxalq İqtisadiyyat Məktəbindən (İSE) 98.53 balla məzun olan S.Nəcə

Müğənni Can Bonomo iki ildir birlikdə olduğu aktrisa Öykü Karayel ilə d

Londondan Mumbaya uçan təyyarə Bakıda məcburi eniş edib.

Onlar radikallaşdıqca bu cəmiyyət öz Prezidentinə daha çox sığınacaq.

Milyarderlərin və multimilyonçuların övladları istirahət anlarının əks

Türkiyə polisi Ankarada narkotacirlərə qarşı genişmiqyaslı əməliyyata

2018-ci ilin yanvar-iyun ayları ərzində İcbari Sığorta Bürosu (İSB) tər

İslandiyada "Kristján Loftsson" balıqçılıq şirkətinin növbət

Əməkdar artist Firuzə İbadova mərhum xalq artisti İlhamə Quliyevanın ona

Türkiyə polisi Ankarada narkotacirlərə qarşı genişmiqyaslı əməliyyata

Bu gün Bakı bulvarında Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş
