“UNEC-in ikinci əlaçı təqaüdü təhsilimizə, inkişafımıza investisiya etmək şansı verdi” (MÜSAHİBƏ) (FOTO)


Digərləri 12 İyl 2018 11:12:04 302 0

“UNEC-in ikinci əlaçı təqaüdü təhsilimizə, inkişafımıza investisiya etmək şansı verdi” (MÜSAHİBƏ) (FOTO)

Beynəlxalq İqtisadiyyat Məktəbindən (İSE) 98.53 balla məzun olan S.Nəcəfzadə uğur hekayəsini UNEC News-la bölüşüb.

Bakı. UNEC-in 2017/2018-ci tədris ilində ən yüksək balla bitirən məzunu Səbinə Nəcəfzadə oldu. Beynəlxalq İqtisadiyyat Məktəbindən (İSE) 98.53 balla məzun olan S.Nəcəfzadə uğur hekayəsini UNEC News-la bölüşüb. İSE-yə qəbul olmaq universitetdəki ilk uğurum idi UNEC-i ən yuksək balla bitirəcəyimi gözləmirdim. Buna görə də sevincim və həyəcanım daha çoxdur. Gözləmədən gələn xəbərlər həmişə insanı daha çox sevindirir və həyəcanlandırır. Abituriyent vaxtı adını dəftərimə yazdığım UNEC-in maliyyə ixtisasına qəbul olmağı arzu edirdim. Sonda oldu... Xoşbəxtəm! Çünki arzuladığım universitetdən birinci olaraq ayrılıram. UNEC-ə qəbul olduğum ilk həftələr yeni sistemə, yeni simalara və yeni bir həyata uyğunlaşmağa çalışırdım. Hətta ilk kollokvium ballarım çox aşağı oldu. İlk kollokviumdan sonra isə uyğunlaşdım. Elə həmin semestr də Beynəlxalq İqtisadiyyat Məktəbi yaradıldı və bununla da mənə həyatda yeni qapılar açıldı. İSE-yə qəbul olmaq mənim universitetdəki ilk uğurum idi deyə bilərəm, çünki bu fakültənin həyatımın formalaşmasında rolu çox böyükdür. İmtahanlara müəllimin tələbləri ilə yanaşı, "mənim üçün ideal cavab nədir" düşüncəsi ilə yanaşmışam Məqsədim ən yüksək bal toplamaq deyildi. Sadəcə edə bildiyimin ən yaxşısını etmək idi. Bunu da qismən bacardım. İmtahanlara müəllimin tələbləri ilə yanaşı, "mənim üçün ideal cavab nədir" düşüncəsi ilə yanaşmışam. Ona görə də imtahanlardan hər zaman sonda çıxırdım, hətta çıxmırdım vaxt bitdi deyə çıxarılırdım. Belə maraqlı məlumat da deyim ki, tələbəliyin olmazsa olmazı - qaib limitini yaşamamışam. Hətta qaibdən bal belə itirməmişəm. Hər semestr qaiblərimi saxlayıb son həftə istirahət edərəm deyə düşünürdüm. Lakin son həftə dərsə getməsəm müəllim önəmli məlumat deyəcək mən eşitməyəcəm deyə yenə gedirdim. İSE-də sessiya imtahanlarından öncə məsləhət saatı olurdu. Bu vaxt məllimlər tələbərə qaranlıq qalan sualları izah edib, imtahanlarla bağlı məsləhətlərini verirdi. Düşünürəm ki, bu görüşlərdə iştirakımın yüksək nəticə əldə etməyimdə rolu var. Əsas rəqibim qrup yoldaşım Emil Alıyev idi, qızlardan isə bu potensialı Nəzrində görürdüm. Lakin onları rəqib də adlandıra bilmərəm. Çünki hər biri mənim üçün dəyərlidir. Dörd il ərzində imtahanlara bir yerdə hazırlaşıb, bir-birimizə kömək olurduq. Ona görə də qalibin kim olmasından asılı olmayaraq hamımız sevinərdik. 4 ildir ki, UNEC-i ən yüksək balla bitirənlər ancaq qızlardır. Təsadüf olduğunu düşünürəm. Kim daha çox çalışır və istəyir o da qazanır. Növbəti illərdə oğlanların da adını bu lövhədə görəcəyimizdən əminəm. Hətta növbəti illərdə oğlan favorim belə var. UNEC-in "ikinci əlaçı təqaüdü" tələbələr üçün böyük motivasiyadır