Dövlət strukturları üçün lisenziyalı proqram təminatının alınması haqqında saziş imzalandı


Digərləri 12 İyl 2018 11:13:00 301 0

Dövlət strukturları üçün lisenziyalı proqram təminatının alınması haqqında saziş imzalandı

Dövlət strukturları üçün lisenziyalı proqram təminatının alınması haqqında saziş imzalandı.

Bakı. Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NYRTN) “Microsoft” şirkəti ilə dövlət strukturları üçün proqram təminatı lisenziyalarının alınması haqqında 3 illik saziş imzalayıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, tərəflər arasında əldə olunan razılığa əsasən, dövlət qulluqçularının kompüterlərini (20,000 lisenziya) “Microsoft” proqram təminatı lisenziyaları (Windows Pro, Office 365 ProPlus, Core CAL) ilə təmin etmək, habelə ali təhsil müəssisələrini akademik güzəşt ilə lisenziyalaşdırmaq (10,000 lisenziya) nəzərdə tutulub. Bundan əlavə, sazişin bağlanması zamanı “Microsoft” şirkəti tərəfindən təqdim olunan “Tələbə Üstünlükləri” proqramından da yararlanaraq Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinin tələbələri üçün (~150.000 nəfər) əlavə olaraq pulsuz “Microsoft Windows” və “Microsoft Office” proqram təminatı əldə olunub. Sözügedən sazişə əsasən, NRYTN və “Microsoft” dövlət strukturlarında proqram təminatının lisenziyalaşdırılması ilə bağlı əməkdaşlığın ikinci mərhələsini reallaşdıracaq. Belə ki, 2011-ci ildə artıq 10000 kompüter dövlət qurumlarının icra aparatlarında istifadə olunmaq üçün lisenziyalaşdırılaraq (Windows, Office ProPlus və Core CAL) istifadəyə verilmişdi.